header

 Türkiyədə Trampın qərarına qarşı aksiya keçirilib

Türkiyədə xalq cəmiyyətləri dünən bu ölkənin paytaxtı Ankaranın Anadolu meydanına toplaşaraq, ABŞ dövlətinin Qüdsün sionist rejimin paytaxtı kimi tanınmasına dair qərarına qarşı aksiya keçiriblər.

Türkiyədə xalq cəmiyyətləri, o sıradan işçilərin və fəhlələrin həmkarlar ittifaqları, humanitar yardımlar fondu, Anadolu gəncləri cəmiyyəti, eləcə də dünya görüntüsü və öndər cəmiyyətləri ABŞ dövlətinin Qüds barədəki qərarına qarşı aksiya keçiriblər.

Əllərində Türkiyə və Fələstin bayraqlarını tutan aksiya iştirakçıları Amerikaya və sionist rejimə qarşı şüarlar verərək, Trampın Qüds barədəki qərarını pisləyiblər. Bu aksiyada Türkiyə parlamentinin bəzi üzvləri iştirak ediblər.

Türkiyə işçi birliyinin sədri Əli Yalçın bu aksiyada bildirib ki, Qüds İslama aiddir. O, deyib ki, sionist rejim terrorçu bir rejimdir.

O, əlavə edib: Qüdsün sahibi və varisləri məlumdurlar; Fələstinin hakimiyyəti bu ölkə dövlətinin əlindədir, sionist rejim də onun ərazilərini işğal edibdir.

Türkiyə fəhlə birliyinin sədri Mahmud Arslan da bu aksiyada deyib ki, Amerikanın Qüds barədəki qərarı etibarsızdır.

ABŞ prezidenti Donald Trampın 2017-ci il dekabrın altısında Qüdsü sionist rejimin paytaxtı kimi təqdim etmək üzrə qərarı işğal olunmuş ərazilərdə və dünya ölkələrində geniş etirazlarla üzləşibdir.

Türkiyədə xalq cəmiyyətləri dünən bu ölkənin paytaxtı Ankaranın Anadolu meydanına toplaşaraq, ABŞ dövlətinin Qüdsün sionist rejimin paytaxtı kimi tanınmasına dair qərarına qarşı aksiya keçiriblər.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-18-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap