header

 GÜNAHI XATIRLAYIB PEŞMANÇILIQ HİSSİ KEÇİRMƏK İLAHİ LÜTFÜN NƏTİCƏSİDİR

Əgər Allah-Taala bir bəndəyə xeyir əta etmək istəsə,...

Peyğəmbəri-Əkrəm (s) yaxın səhabəsi Əbuzər Qifariyə nəsihət edərkən belə buyurur:

یَا اباذر! إِنَّ اللَّهَ تَبَارَکَ وَ تَعَالَی إِذَا أَرَادَ بِعَبْدٍ خَیْراً، جَعَلَ ذُنُوبَهُ بَیْنَ عَیْنَیْهِ مُمَثَّلَةً وَ الْإِثْمَ عَلَیْهِ ثَقِیلًا وَبِیلًا، وَ إِذَا أَرَادَ بِعَبْدٍ شَرّاً أَنْسَاهُ ذُنُوبَهُ،

Ey ƏbuzərƏgər Allah-Taala bir bəndəyə xeyir əta etmək istəsəgünahlarını onunnəzərində böyük göstərər  günahı onun üçün çətinləşdirərƏgər bir bəndəninbədbəxtliyini istəsəgünahlarını ona unutdurar.” (“Məcmueyi-Vərram”, 2-ci cild, səh. 53.)

Allah-Taalanın lütf və məhəbbəti bütün insanlara şamildir. Əgər bir nəfərə lütf-mməhəbbəti olmasaydı, onu yaratmazdı. Lakin Allahın övliyalara xüsusi inayəti, lütfü və məhəbbəti vardır. Əgər bu dəstə qəflət üzündən günaha mürtəkib olarsa, onları məsələdən xəbərdar etmək üçün günahı nəzərlərində mücəssəm etdirər, günahın sonrakı aqibətini onların gözündə canlandırar. Çünki günaha batıb bədbəxtlik çalasına düşməyin ilk addımı, günahı yaddan çıxarmaqla başlayır. Allahın bəzi bəndələrinə xüsusi inayəti olduğunu və onları heç vaxt özbaşına buraxmadığını, eyni zamanda, bəzilərinə qarşı etinasız olub onları öz hallarına buraxdığını nəzərə alaraq, hər kəs öz üzərində yoxlama aparıb müəyyən edə bilər ki, Allahın ona lütf və inayəti vardır, ya yox! Əgər keçmiş günahlarını unutmayıbsa, günah ona ağır və çətin gəlirsə, bilsin ki, Allahın inayəti onunladır. Lakin günahını yaddan çıxarır və onu yüngül hesab edirsə, Allahın ona inayəti olmadığını bilməlidir.

Aydındır ki, günahı yada salmaq günahın davamına mane olacağı təqdirdə faydalıdır. Əgər bir nəfər günahını xatırlayıb, onu çiyinlərində ağır yük olaraq hiss etməzsə, məlumdur ki, ikinci dəfə günaha əl atmaqdan çəkinməyəcəkdir.

Əbu Həmzə Somali duasında deyilir:

أنـا الَّذِي أَمْهَلْتَنِي فَمَا ارْعَوَيْتُ وَ سَتَرْتَ عَلَيَّ فَمَا اسْتَحْيَيْتُ وَ عَمِلْتُ [عَلِمْتُ‏] بِالْمَعَاصِي فَتَعَدَّيْتُ وَ أَسْقَطْتَنِي مِنْ عَيْنِكَ [عِنْدِكَ]‏ فَمَا بَالَيْتُ

Mən o adamam kigünahdan dönmək  tövbə etmək üçün mənə möhlət verdin, (ammamən günahdan əl çəkmədimGünahlarımı (gizli saxlayıbüzərini örtdün, (ammamən həya etmədimİkinci dəfə günaha əl atdım  həddimi aşdım. (Busəbəbdənsən  məni Öz gözündən saldın, amma mən yenə fərqinə varmadım.”

Məlum olur ki, Allah-Taala bir nəfərin xeyrini istəyəndə, günahlarını onun gözündə mücəssəm etdirir və bu günahları ona böyük bir dağ kimi görünür. Əksinə olaraq, Allah Öz inayətini kəsdiyi şəxsin əzaba düçar olmasını istəyirsə, onu özbaşına buraxır, bundan sonra günah ona asan görünür və ona əhəmiyyət vermir.

Əlbəttə, ilk növbədə Allah inayətini heç kimdən əsirgəmir və heç kimin bədbəxtliyini istəmir. Lakin günahkar tərəf özünü alçaq işlərə bulaşdırandan və günahına israr edəndən sonra Allah da onu belə müsibətə giriftar edir.

Allaha bəndəçiliyini göstərib Ona yaxınlaşmaq istəyən kəs əzizdir. O insan Allah yanında alçaq hesab olunur ki, Allahdan uzaqlaşıb Onu unutmuş olsun. Elə ki, Allahı unutdu, Allah da onu öz halına buraxır. Odur ki, Quranda oxuyuruq:

وَلَا تَكُونُوا كَالَّذِينَ نَسُوا اللَّهَ فَأَنسَاهُمْ أَنفُسَهُمْ

(Siz möminlər) o kəslərdən olmayın kiAllahı unutdularAllah da onları Özündənqafil etdi... (“Həşr” surəsi, ayə 19; “Tuşeye-axirət” – Axirət azuqəsi, 1-ci cild, Ayətullah Misbah Yəzdi, səh. 74-75.)

(Maide.Az)

Əgər Allah-Taala bir bəndəyə xeyir əta etmək istəsə,...
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-16-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap