header

 Baş Prokurorluq: Azərbaycanda vəhhabilər fəallaşıb

Baş prokurorun müavini Azərbaycanda vəhhabilərin fəallaşmasından xəbər verib.

“Azərbaycanda vəhhabi təriqəti ilə məşğul olan şəxslər fəallaşıb”. Bunu Baş Prokurorluğun nümayəndəsi Rauf Məmmədov “Trend”- ə açıqlamasında deyib. 

Onun sözlərinə görə, vəhhabilər və digər dini cərəyan nümayəndələri Azərbaycanda qadın və azyaşlıları bu işə cəlb edir: 

"Həmin təriqət üzvlərinə qarşı aparılan mübarizə nəticəsində 16 nəfər terrorçu məhv edilib. Əməliyyatlar zamanı 21 nəfər saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub. Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının fəaliyyəti nəticəsində başqa ölkələrdə qanunsuz silahlı birləşmələrdə iştirak etdiyi üçün 258 nəfərin vətəndaşlığı ləğv edilib".

Sentyabrın 24-də mətbuata bu barədə açıqlama verən Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev  indiyədək 900 Azərbaycan vətəndaşı İŞİD terror təşkilatına qoşulduğunu deyib. O, həmçinin 85 nəfərin hazırda həbsdə olduğunu, 195 nəfərin isə vətəndaşlıqdan çıxarıldığını bildirmişdi.

Daxili İşlər Nazirliyinin əməkdaşı Oqtay Tağıyev isə  dekabrın 14-də deyib ki, bu il Azərbaycanda "Dini etiqad azadlığı haqqında" qanuna zidd təbliğat apardığı üçün 159 nəfər şəhər və rayon poliş şöbələrinə gətirilib. 

Onun sözlərinə görə, həmin şəxslərdən 2 nəfər cinayət məsuliyyətinə, 139 nəfəri isə inzibati məsuliyyətə cəlb edilib:

"Həmin şəxslərdən 3 ədəd tüfəng, 12 ədəd patron, 168 ədəd dini ədəbiyyat, 144 ədəd CD, DVD və audiokaset, 115 ədəd broşür və digər vəsait götürülüb. İnzibati məsuliyyətə cəlb olunan şəxslərdən 2 nəfər həbs olunub, 50 nəfər 82 500 manat məbləğində cərimə edilib, 73 nəfərə xəbərdarlıq olunub. 4 nəfər azyaşlı barədə isə müvafiq tədbir görülməsi üçün toplanmış materiallar yerli icra hakimiyyətləri yanında komissiyalara göndərilib".

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl əksini düşünür. Ekspert Meydan TV-yə deyib ki, vəhhabilər əvvəldən fəal olublar. Əvvəlki illərlə müqayisədə isə bu il o qədər də diqqət çəkməyiblər: “Sadəcə, onların fəallığı İŞID-ın sonunun yaxınlaşdığı ərəfəyə düşdü, bir növ bu terrorçu dəstəyə yeni qüvvələrin cəlb olunması prosesi getdi. İkinci, vəhhabilər həmişə fəaliyyətdə olub, amma xüsusi xidmət orqanlarının diqqətini cəlb edə bilməmişdilər. Görünür, xüsusi xidmət orqanları yaxşı işləməyib, yaxud onlar kifayət qədər məxfi işləməyi bacarıblar”. 

Baş prokurorun müavini Azərbaycanda vəhhabilərin fəallaşmasından xəbər verib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-16-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap