header

 Şəri-dini suallara cavablar

Hansı qüsllərlə (dəstəmaz almadan) namaz qıla bilərik?

10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edirik:
 

QÜSLÜN HÖKMLƏRİ

DƏSTƏMAZI ƏVƏZ EDƏN QÜSL

SUAL 81: Hansı qüsllərlə (dəstəmaz almadan) namaz qıla bilərik?

İmam Xomeyni, Ayətullah Fazil Lənkərani, Ayətullah Behcət, Ayətullah Xamenei və Ayətullah Safi: “Yalnız cənabət qüslü verdikdən sonra (dəstəmaz almadan) namaz qılmaq olar, amma digər qüsllərdən sonra namaz qılmaq üçün mütləq dəstəmaz almaq lazımdır.”

(“Tozihul-məsail”, mərcəi-təqlidlər, məsələ 391 və 646.)

Ayətullah Təbrizi, Ayətullah Sistani, Ayətullah Məkarim Şirazi, Ayətullah Nuri Həmədani və Ayətullah Vəhid Xorasani: “Orta istihazə (istihazeyi-mütəvəssitə) qüslündən başqa, bütün vacib və mötəbər olan müstəhəb qüsllərlə (dəstəmaz almadan) namaz qılmaq olar; hərçənd ki, müstəhəb ehtiyata əsasən, cənabət qüslündən başqa, bütün qüsllərdən sonra dəstəmaz da alınsın.”

(“Tozihul-məsail”, mərcəi-təqlidlər, məsələ 391 və 646; “Tozihul-məsail”, Ayətullah Vəhid Xorasani, məsələ 397; “Tozihul-məsail”, Ayətullah Nuri Həmədani, məsələ 392 və 647; “Tozihul-məsail”, Ayətullah Məkarim Şirazi, məsələ 391 və 646.)

Maide.Az 

Hansı qüsllərlə (dəstəmaz almadan) namaz qıla bilərik?
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-16-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap