header

 Türkiyədə Azərbaycan bayrağı endirildi: Tələbələr etiraza qalxdı - VİDEO

Uludağ Universitetində Salih Pay adlı ilahiyyat professoru Azərbaycan bayrağının endirilməsinə qərar verib.

FaktXeber.com Axar.az-a istinadən xəbər verir ki, buna səbəb Ermənistan bayrağının universitetin bayraqlar sırasından çıxarılması olub. Salih Pay Ermənistan bayrağını universitetdə təhsil alan azərbaycanlı tələbələrin endirdiyini zənn edərək, belə qərar verdiyini açıqlayıb və bildirib ki, Ermənistan bayrağı yerinə qaldırılandan sonra Azərbaycan bayrağı da öz yerinə bərpa ediləcək.

Baş verənlər isə universitet gənclərinin ciddi narazılığına səbəb olub. Bayrağı Türkiyənin ülküçü gənclərinin endirdiyini, azərbaycanlı tələbələrin bu məsələyə heç bir aidiyyəti olmadığını bildirən bir neçə türk gənc əllərində Azərbaycan bayrağı tutaraq, universitet önündən etiraz videosu paylaşıblar. Onlar bildiriblər ki, azərbaycanlı tələbələr endirilən bayrağın əvəzində yeni bayraq asmaq istəyiblər və universitetin mühafizə polisi tələbələrin bu istəyinin icrasına, daxili qaydalara zidd olmasına baxmayaraq, mane olmayıblar. Həmçinin universitetin müəllim heyəti də azərbaycanlı tələbələrə dəstək verib. Mühafizə polisinin və müəllimlərin bu dəstəyini alqışlayan gənclər ilahiyyat professorunu tənqid edərək, əslində, Türkiyədə Ermənistan bayrağı olmaması gərəkdiyini və bunu edən əxlaqsız professorun mütləq cəzalanacağını qeyd ediblər.

Uludağ Universitetində Salih Pay adlı ilahiyyat professoru Azərbaycan bayrağının endirilməsinə qərar verib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-16-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap