header

 Şəri-dini suallara cavablar - SUAL 80

Hansı işlər cənabətli şəxsə məkruhdur?

10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edirik: 
 

QÜSLÜN HÖKMLƏRİ

CƏNABƏT QÜSLÜ

SUAL 80: Hansı işlər cənabətli şəxsə məkruhdur?

Cənabətli şəxsin aşağıda qeyd edilən səkkiz işi yerinə yetirməsi məkruhdur:

1. Yemək və içmək (dəstəmaz alınsa məkruh olmaz);[1]

2. Yatmaq (dəstəmaz alınsa və yaxud su olmadıqda qüslün əvəzində təyəmmüm edilsə, məkruh olmaz);

3. Quranı üstündə gəzdirmək;

4. Quranın cildinə, haşiyəsinə və xətlərinin arasına əl vurmaq;

5. Quranın vacib səcdəsi olmayan surələrdən yeddi ayədən artıq oxumaq;[2]

6. Bədənə yağ və krem çəkmək;

7. Yuxuda sperma xaric olduqdan (“möhtəlim”) sonra cinsi yaxınlıq etmək;

8. Saçlara həna qoymaq və bu kimi işlər.

 


[1] Ayətullah Vəhid Xorasani, Ayətullah Təbrizi və Ayətullah Safi: “Əlləri yusa məkruhluq aradan qaldırılır.”

Ayətullah Sistani: “Əllərini və üzünü yuyub “məz-məzə” etsə (ağızı su ilə yaхalasa), məkruh olmaz. Əgər yalnız əllərini yusa, kərahəti azalar.”

Ayətullah Behcət: Dəstəmaz alınsa məkruh olmaz. Əgər əllərini və üzünü yusa, “məz-məzə” və “istinşaq” etsə (ağızı və burunu su ilə yaхalasa), kərahəti azalar.”

[2] Ayətullah Məkarim Şirazi: “Hətta vacib səcdəsi olan surələrdən də yeddi ayədən artıq oxumaq məkruhdur.”

Ayətullah Behcət: “Ehtiyata əsasən, vacib səcdəsi olmayan surələrin yeddi ayəsindən yetmiş ayəsinə qədər oxumaq məkruhdur, yetmiş ayədən artıq oxumağın isə məkruhluğu daha çoxdur.”


Maide.Az 

Hansı işlər cənabətli şəxsə məkruhdur?
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-14-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap