header

 Öz halına ağlamaq (2) - Ustad Füruği

Öz halına ağlamaq (2) - Ustad Füruği

Görürsən ki, ticarətdə zərər edən tacir nalə edir. Biz anlamırıq ki, bütün aləm zərərdədir. Əsas sərmayə insanın ömrüdür. Əgər ömrü sərf etməkdə bir şey əldə etsək, qazanmışıq. Quran buyurur:

تِجَارَةً لَنْ تَبُورَ

🔸“Kasad olmayacaq bir ticarət”. (“Fatir” surəsi, ayə 29.)

✔️Amma Quran bir dəstə barədə buyurur:

أُولَٰئِكَ الَّذِينَ اشْتَرَوُا الضَّلَالَةَ بِالْهُدَىٰ فَمَا رَبِحَتْ تِجَارَتُهُمْ وَمَا كَانُوا مُهْتَدِينَ

📖“Onlar doğru yol əvəzində əyri yolu satın almış kəslərdir. Onların alveri xeyir gətirmədi və haqq yolu da tapmadılar”. (“Bəqərə” surəsi, ayə 16.)

🔹İnsan hidayətini satır, dinini, təqvasını, mənəviyyatını, insanlığını əyri yola satır. “Onların alveri xeyir gətirmədi”, heç vaxt xeyir gətirməyən bir ticarət, üstəlik ziyana uğramaq, xəsarətə düşmək.

🌸İmam Səccad (ə) duanın davamında deyir:

وَ قَدْ نَزَلْتُ مَنْزِلَةَ الْآيِسِينَ مِنْ خَيْرِي

🍃(Məzmunu) Elə xarab etmişəm ki, hətta özümdən də məyus olmuşam. Məndə bir xeyir varmı?! Bütün həyatım şər oldu. Göz şər, qulaq şər, dil şər, hamısı günaha mürtəkib olmaqdır. Mən özümdən məyus olmuşam, nə edim?!

وَ مَا لِي لَا أَبْكِي

🔸İlahi, elə isə nə üçün ağlamayım?!

أَبْكِي لِخُرُوجِ نَفْسِي

🔹“Canımın çıxdığı ana ağlayıram!”

أَبْكِي لِظُلْمَةِ قَبْرِي أَبْكِي لِضِيقِ لَحْدِي أَبْكِي لِسُؤَالِ مُنْكَرٍ وَ نَكِيرٍ إِيَّايَ أَبْكِي لِخُرُوجِي مِنْ قَبْرِي عُرْيَاناً ذَلِيلًا حَامِلًا ثِقْلِي عَلَى ظَهْرِي

🌿“Qəbrimin qaranlığına ağlayıram. Məzarımın darlığına ağlayıram! Münkər və Nəkir mələklərin məni sorğuya çəkəcəkləri anı düşünüb ağlayıram! Qəbrimdən çılpaq, zəlil və etdiklərimin ağır yükünü çiynimdə daşıdığım bir vəziyyətdə çıxacağım məqama ağlayıram!”

Öz halına ağlamaq (2) - Ustad Füruği
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-13-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap