Çavuşoğlu: Bəzi İslam ölkələrinin Trampın Qüdslə bağlı qərarına qarşı zəif reaksiyası Amerikadan qorxduqları üçündür
Posted on : Türkiyə 12/13/2017
Türkiyənin xarici işlər naziri bəzi islam ölkələrinin ABŞ prezidentinin Qüdsə qarşı son hərəkəti ilə bağlı reaksiyalarının zəif olmasını, həmin ölkələrin ABŞ-dan qorxmalarının nəticəsi adlandırıb.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, Mövlud Çavuşoğlu çərşənbə axşamı bir çox müsəlman olmayan ölkənin Trampın qərarı ilə bağlı qətiyyətli mövqe nümayiş etdirdiyinə işarə edərək, deyib: Əgər müsəlmanlar İslamın 3 əsas müqəddəs məkanından biri olaraq Qüdsü müdafiə edə bilmirlərsə, o zaman nəyi müdafiə edə bilirlər?
Ərəbistan indiyə kimi Trampın Qüdslə bağlı qərarı qarşısında qətiyyətli mövqe nümayiş etdirməkdən çəkinib.