header

 Həzrət Əbəlfəzl Abbasın (ə) hərəminin əsas giriş qapısında təmir işləri aparılır - FOTO

Divarların çatlarının təmiri və betonla bərkidilməsi

Həzrət Əbəlfəzl Abbasın (ə)  hərəminin əsas giriş qapısı və  qızıl eyvanında bərpa işlərinin və təzhib (qızılla bəzək) üzrə işlərin  ikinci mərhələsinə start verilib. 
 
Madide.Az “Abna”-a istinadən xəbər verir ki, bu barədə Həzrət Əbəlfəzl Abbasın (ə) hərəmində layihələr üzrə mühəndis Ziya Məcidul-Saiq deyib. 
 
Onun sözlərinə görə,  təmir işləri pak hərəmin əsas giriş qapısı və qızıl eyvanda aparılır. “Birinci mərhələdə eyvanın yuxarısı hissəsində təmir işləri aparılmışdı. Hazırda yeni və daha keyfiyyətli  texnologiya ilə  hərəmin memarlıq strukturu möhkəmləndiriləcək.”
 
O bildirib ki, həmçinin  əsas giriş qapısının divarları palçıq və köhnə kərpiçlərlə tikildiyi üçün artıq köhnəlib və bəzi yerlərdə çatlar əmələ gəlib. Divarların çatlarının təmiri və  bəzi yerlərdə betonla bərkidilməsi işləri də aparılacaq. 
 
 
 
 
 
 
 
 
 
Divarların çatlarının təmiri və betonla bərkidilməsi
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-13-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap