header

 Ərdoğan: İsrail uşaq qatili və terrorçudur

Türkiyə lideri İsral barədə danışıb.

İslamazeri.com-un rus mediasına istinadən verdiyi xəbərə əsasən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, İsrail "uşaq qatili" və "terror dövlətidir"

Ərdoğan bu çıxışı ilə ABŞ Prezidenti Donald Trampn Qüds şəhərini İsrailin paytaxtı kimi tanıması qərarını da tənqid edib.

Türkiyəli lider qeyd edib ki, Qüds şəhərinin İsrailin paytaxtı elan edilməsi və ABŞ səfirliyinin də bu şəhərə köçürülməsi "Türkiyənin gözündə mənasız addımdır".

Ərdoğanın sözlərinə görə, dekabr ayının 13-ü İstanbul şəhərində İslam Əməkdaşlığı Təşkilatına (İƏT) üzv ölkə liderlərinin təcili iclası keçiriləcək. Burada müsəlman ölkələri müvafiq addımlar barədə qərar qəbul edəcəklər. Bu isə Trampın qərarının həyata keçirilməsinin elə də asan olmayacağını göstərəcək.

Türkiyə lideri İsral barədə danışıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-12-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap