header

 İran Kəşfiyyatı İŞİD-in növbəti dəfə xilafət qurmaq istədiyi ölkənin adını açıqlayıb

“İŞİD Əfqanıstan və Pakistanda xilafətini təsis etmək istəyir”

İslaminSesi.info Tasnim Agentliyinə istinadla xəbər verir ki, bu barədə İranın Kəşfiyyat naziri höccətül-islam Seyid Mahmud Ələvi məlumat verib.

 

İranlı nazir bu gün Tehranda terror və radikalizm mövzusunda keçirilən konfransda çıxışı zamanı İŞİD-in Əfqanıstan- Pakistan ərazilərində və habelə Orta-Asiyada xilafət qurmağı istədiyini deyib.

 

İŞİD və Ən-Nusra kimi terror təşkilatıarı üçün münbit şərait yaradan amillərdən danışıan İran Kəşfiyyat naziri bildirib ki bu amillərin olduğu hər bir yerdə terror və təkfirçilik olacaq.

 

Bu arada Əlcəzairin xarici işlər naziri Əbdül-Qadir Müsahil bildirib ki İŞİD öz üzvlərinə Liviya və Aralıq dənizinin cənub sahillərinə və səhra bölgələrinə getməyi əmr edir.

 

Nazir İŞİD-in toplaşacağı növbəti yerin Liviya olacağını deyib.

 

Bəzi ekspertlər İŞİD-in Şimali-Sinaya köklənəcəyini deyiblər.

 

Xatırladaq ki İŞİD terror təşkilatı İraqda tam olaraq, Suriyada isə hərbi baxımdan süqut edib.

 

Bir sıra ekspertlər İŞİD-in bundan sonra vahid və konkret coğrafiyada təşkilatlanmayacağını yalnız partizan hücumları həyata keçirəcəyini proqnozlaşdırırlar.

“İŞİD Əfqanıstan və Pakistanda xilafətini təsis etmək istəyir”
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-12-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap