header

 Ayətullah İsa Qasimin səhhəti normallaşıb

Onun həyatı üçün təhlükə sovuşub

Ayətullah İsa Qasimin səhhəti normallaşıb
 
Maide.Az “İqna”-a istinadən xəbər verir ki, bunu Bəhreyn şiələrinin rəhbəri Ayətullah Şeyx İsa Qasimin İrandakı nümayəndəsi Şeyx Abdullah Daqqaq deyib. 
 
A.Daqqaq deyib ki,  Şeyx Qasimin əməliyyatdan sonra vəziyyəti normallaşıb. “O xəstəxanadan buraxılıb və Manamanın Diraz bölgəsindəki evinə aparılıb.  Ali Xəlifə rejimi Şeyx İsa Qasimi yenidən ev dustaqlığında və mühasirədə saxlayır”. 
 
A.Daqqaq Ayətullah İsa Qasimin ev dustaqlığına son qoyulmasının zəruriliyindən danışıb və deyib ki,  onun mühasirədə və ev dustaqlığında saxlanılması  səhhətindəki problemləri çoxaldır. 
 
Qeyd edək ki, Bəhreyn Beynəlxalq xəstəxanasında Şeyx İsa Qasimin müalicəsini 10 həkim aparırdı və indi onun həyatı üçün təhlükə sovuşub.
Onun həyatı üçün təhlükə sovuşub
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-12-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap