header

 Şəri-dini suallara cavablar

Hansı işlər cənabətli şəxsə haramdır?

 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edirik: 
 
 QÜSLÜN HÖKMLƏRİ

CƏNABƏT QÜSLÜ

SUAL 79: Hansı işlər cənabətli şəxsə haramdır?

Beş iş cənabətli şəxsə haramdır:

1. Məscidə bir şey qoymaq və yaxud götürmək üçün oraya daxil olmaq;

2. Məscidül-Həram və Məscidün-Nəbiyyə daxil olmaq (hətta bir qapıdan daxil olub o biri qapıdan çıxdıqda belə haramdır);

3. Digər məscidlərdə dayanmaq; amma bir qapıdan daxil olub, o biri qapıdan çıxdıqda eybi yoxdur. Vacib ehtiyata əsasən, məsum imamların hərəmlərində də dayanmaq olmaz;

4. Quran xəttinə və Allahın adına əl vurmaq;

5. Vacib səcdəsi olan ayələrdən hər hansı birini oxumaq. Bu ayələr Quranın dörd surəsində yerləşir: “Səcdə” surəsi, “Fussilət” surəsi, “Nəcm” surəsi və “Ələq” surəsi.

Maide.Az

Hansı işlər cənabətli şəxsə haramdır?
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-12-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap