header

 ABŞ ölkəsinə sığınan generalı Səudiyyəyə təhvil verdi

Səudiyyə Ərəbistanından ABŞ-a sığınan sabiq dövlət rəsmisi yenidən ölkəsinə təhvil verilib.

FaktXeber.com-un verdiyi məlumata görə, Səudiyyə Ərbistanının Milli Təhlükəsizlik və Siyasi Şurasının üzvü Səd bin Xalid bin Sədullah Əl-Cəbri kral Salmanın göstərişi ilə 2015-ci ilin oktyabrında bütün vəzifələrindən azad edilmişdi. O, təhlükəsizlik naziri vəzifəsindən azad edildikdən bir neçə ay sonra müalicə bəhanəsilə ABŞ-a getmiş və bir daha qayıtmamışdı.

Şahzadə Səd bin Xalid hazırda ev dustağı olan və vəzifəsindən zorla uzaqlaşdırlan keçmiş vəliəhd Məhəmməd bin Nayifin ən yaxın adamı hesab olunurdu.

Hazırda Səudiyyə Ərəbistanında şahzədələrin və özünü zorla vəliəhd seçdirən kral Salmanın oğlu, Məhəmməd bin Salman arasında ciddi qarşıdurmalar yaşanmaqdadır. Görünür yeni vəliəhd ABŞ-a sığınan şahzadəni də özünə təhlükə gördüyü üçün onu Səudiyyəyə qaytardıb.

Qeyd edək ki, siyasi mövqeyinə görə sığınacaq alan bir şəxsin yenidən geri qaytarılması beynəlxalq konvensiyaların pozulması kimi dəyərləndirilir.

Səudiyyə Ərəbistanından ABŞ-a sığınan sabiq dövlət rəsmisi yenidən ölkəsinə təhvil verilib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-12-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap