header

 Türkiyədən Trampa turplu etiraz - FOTO

Türkiyənin Antalya şəhərində ABŞ prezidenti Donald Trampın qərarına qeyri-adi etiraz ediblər.

FaktXeber.com-un DHA-ya istinadla verdiyi məlumata görə, hadisə  Kumluca mahalında qeydə alınıb. Belə ki, ərazidə bir sıra muxtarlar bəyanat səsləndiriblər, sonda isə üzərinə Trump yazılan turpu dişləyiblər. 

Türkiyə və Fələstinin bayraqları fonunda səsləndirilən bəyanatda Qüdsün sadəcə Fələstinin deyil, bütün müsəlmanların  qüruru və namusu olduğunu dilə gətirilib: «1917-ci ilin dekabrın 9-da müstəmləkə güclərin başı olan  ingilislər tərəfindən işğal edilən Qüds 100 ildir ki, sülhə möhtacdır. Çünki qərblilərin  İslama tolerantlığı yoxdur, sionizmin nökərçiliyini  edirlər. Əziz millətimiz bunu da unutmasın: 1917-ci ildə Qüdsün işğalından təqribən 11 ay sonra səlibçilər tərəfindən 1918-ci ilin noyabrın 30-da  İstanbul işğal edilib. Qüdsün işğalından sonra Anadolu torpaqlarının yəhudi sionistləri və Qərb imperializmi tərəfindən işğal olunmayacağı barədə zəmanət yoxdur. Qüdsün məğlubiyyəti, Anadolunun məğlubiyyətidir».

Türkiyənin Antalya şəhərində ABŞ prezidenti Donald Trampın qərarına qeyri-adi etiraz ediblər.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-12-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap