header

 Öz vücud kitabını oxu - Ustad Füruği

Öz vücud kitabını oxu - Ustad Füruği

İnsanın bir növ xəstəliyi də onun daxilinin korluğu və görməməzliyidir. Göz var, lakin bəsirət yoxdur. Mütəal Allah Peyğəmbərinə (s) buyurur:

 

“تَراهُمْ يَنْظُرُونَ إِلَيْكَ وَ هُمْ لا يُبْصِرُون”

 

 “(Ya Rəsulum!) Sən onları sənə baxan görərsən, halbuki onlar görməzlər!” (“Əraf” surəsi, ayə 198.)

 

Yəni, Peyğəmbəri (s) bəşər aləminə məhdud bilirlər.

 

İnsan bəsirətli olmaq üçün öz vücudunun kitabını oxumalıdır. Aləmin bütün mövcudları hər biri təklikdə bir kitabdır.

 

Bütün aləm sanki Onun meyxanəsidir

Hər bir zərrənin qəlbi onun peymanəsidir

 

Ağıl məst, mələklər məst, can məst

Hava məst, yer məst, göy məst

Bəsirəti olmayan insan deyir: hardadır, hardadır?! Aləmə qarşı öz baxışını dəyişməyə cəhd et. Öz vücudun bir meyxanədir. Mütəal Allah buyurur:

 

“نَفَخْتُ فيهِ مِنْ رُوحي”

 

“Ona ruhumdan üfürdüm” (“Hicr” surəsi, ayə 29.)

 

Həqiqətdə Allah taala demək istəyir ki, sən bu dünya üçün deyilsən.

 

Haqq taala Adəmi yaratmaq istədikdə mələklər dedilər:

 

“أَتَجْعَلُ فِيهَا مَنْ يُفْسِدُ فِيهَا وَيَسْفِكُ الدِّمَاءَ”

 

“Sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?” (“Bəqərə” surəsi, ayə 30.)

 

Mələklər də insanın vücud kitabını oxuya bilmədilər və insanın yalnız maddi cəhətini gördülər.

 

Allah mələklərin cavabında buyurdu:

 

“إِنِّي أَعْلَمُ ما لا تَعْلَمُون”

 

“Mən bildiyim şeyi siz bilmirsiniz!” (“Bəqərə” surəsi, ayə 30.)

 

Yəni, Mən bunu Yer üzündə canişin olmağı barədə bəzi həqiqət və sirləri bilirəm ki, siz ondan xəbərsizsiniz. Bu sözdən sonra mələklər dərhal özlərini yığışdırdılar və daha bir söz demədilər.

Öz vücud kitabını oxu - Ustad Füruği
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-11-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap