header

 İsrail rejiminin fələstinlilərə qarşı hücumları nəticəsəində 4 fələstinli şəhid olub

1500–dən çox fələstinli yaralanıb

İordan çayının qərb sahilində Trampın Qüds qərarına etiraz etmək üçün toplaşan fələstinlilərə İsrail rejiminin təhlükəsizlik qüvvələri göz yaşardıcı qaz bombası, həqiqi və plastik güllə istifadə edərək müdaxilə edir. 
 
Maide.Az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin yayımladığı məlumata görə, ötən həftənin cümə axşamı günündən indiyədək  etirazlar zamanı 4 fələstinli şəhid olub, 1632 fələstinli isə yaralanıb. 
 
Sionist İsrail rejiminin polisi Şərqi Qüdsün köhnə şəhər bölgəsinin ən mühüm qapısı olan Dəməşq qapısına baryerlər quraraq, pasport yoxlaması ilə girişə icazə verir.
 
Atlı və piyadalardan ibarət olan İsrail rejiminin onlarla polisi  Qüdsün mühüm nöqtələrində yerləşdirilib.
 
 Fələstinin Qızıl Aypara Cəmiyyəti bəyanat verərək, İsrail rejiminin əsgərlərinin göz yaşardıcı qaz, həqiqi və plastik güllə ilə aksiyalara müdaxilə etdiyini bildirib.
 
1500–dən çox fələstinli yaralanıb
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-11-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap