header

 Mərakeşdə Trampın Qüds haqdakı qərarına qarşı aksiya keçirilib

Mərakeşin paytaxtında əhali ABŞ prezidentinin Qüds barədəki qərarına qarşı aksiya keçirib.

Minlərlə nəfər Mərakeşin paytaxtı Rabatda ABŞ prezidenti Donald Trampın Qüdsün sionist rejimin paytaxtı kimi tanınması barədəki qərarını pisləyən aksiya keçirib.

Nanotexnologiya elmləri üzrə professor Mustafa Busəminə deyib: Amerika prezidentinin bu hərəkəti Fələstin xalqına, ərəb dünyasına və İslam dünyasına qarşı bir təhqirdir. Əgər cənab Trampın şücaəti olmuş olsaydı, elan edərdi ki, Fələstin ölkəsini rəsmən tanıyır və onun təşkilini elan edərdi.

Aksiyaçılar arasında olan Mərakeşin ədliyyə naziri Muhəmməd Əcar da deyib: Bu aksiya Mərakeş xalqından bir mesajdır ki, bir krallıq, bir hökumət və bir xalq kimi Qüdsi-Şərif paytaxt olmaqla müstəqil Fələstin ölkəsinin yaradılması başda olmaqla Fələstin xalqının hüquqlarının müdafiəsini vurğulamış olsun.

Biz Amerikanın qərarını pisləyirik, zira beynəlxalq qayda-qanunlara göz yumur və bütün sülh səylərini xətərə salır.

İnsan haqları üzrə fəal, Əmani isə belə deyib: Biz Amerika prezidentinin bu qərarından çox təəccübləndik, zira biz iki ölkənin, yəni Fələstin və İsrail ölkələrinin yaradılmasını gözləyirdik, amma onun şəraiti bizim gözlədiyimiz kimi yaranmadı.

Mərakeşin paytaxtında əhali ABŞ prezidentinin Qüds barədəki qərarına qarşı aksiya keçirib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-11-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap