header

 Parisdə Netanyahunun Fransaya səfərinə etiraz

Yüzlərlə müsəlman, xristian fransızlar paytaxt Parisin Republik meydanında sionist rejim baş nazirinin Fransaya səfərinə etiraz əlaməti olaraq aksiya keçiriblər.

ABŞ səfirliyinin işğal olunmuş Qüdsə köçürülməsinə dair bu ölkə hökumətinin ağılsız hərəkətindən dörd gün sonra sionist rejim baş naziri Parisə gedib və Fransa prezidenti ilə görüşüb.

Eliseydə Makron və Netanyahunun nahar ziyafətindən sonra, iki tərəf mətbuat konfransında iştirak edib. Fransa prezidenti bir daha bildirib ki, Qüds şəhərinin İsrailin paytaxtı olaraq rəsmən tanınması beynəlxalq qanunlara zidd və sülh üçün təhlükəlidir.

Fransa prezidenti Emmanuel Makron deyib: Biz İsrailin təhlükəsizliyi qarşısında özümüzü öhdəlikli hesab edirik. İsrail və fələstinlilər arasında münaqişənin iki ölkənin həll yolu haqda müzakirələr yolu ilə həll edilməsi qənaətindəyik.

Amma Eliseydən kənarda və Qüdsü işğal etmiş sionist rejimin baş nazirinin Parisə gəlməsi ərəfəsində müsəlman, xristian və azadlıqsevər fransızlar bu ölkənin üç böyük şəhərində, yəni şimalda Lil, cənubda Lion və bu ölkə paytaxtı Parisin Republik meydanında Netanyahunun dəvət olunmasına etiraz olaraq aksiya keçiriblər.

Bir fransız deyib: Bu aksiya Netanyahunun müharibə cinayətlərinə etiraza görədir. O, Fransa prezidenti tərəfindən dəvət olunub. Bu ikinci dəfədir ki, prezident Makron bir müharibə cinayətkarını dəvət edir.

Başqa bir fransız xanım deyib: Mən müsəlman deyiləm. Amma Fələstini sevdiyim üçün buradayam. Biz ABŞ səfirliyinin işğal olunmuş Qüdsə köçürülməsini qəbul etmirik.

Fransa vətəndaşı deyib: Bu çağırış ABŞ prezidenti Donald Trampın qərarına qarşıdır. Özü və ərazilərinin azadlığı uğrunda mübarizə aparan insanların hüquqları əleyhinə ABŞ-ın verdiyi bütün qərarlara, bizim “xeyr” deməyimiz üçündür.

Sionist rejim baş naziri bu gün bazar ertəsi günü, qəbul etdirilmiş şəkildə və diplomatik çərçivədən kənar formada Brüsseldə Avropa Birliyinin xarici işlər nazirlərinin iclasında iştirak edib.   

Sionist rejim baş nazirinin Parisə səfəri çərçivəsində güclü təhlükəsizlik tədbirləri tətbiq olunmuşdu. Bu isə, sionist rejimin təkcə işğal olunmuş ərazilər deyil, Avropanın göbəyində də təhlükəsizliyi olmayacağını göstərir.  

 

Yüzlərlə müsəlman, xristian fransızlar paytaxt Parisin Republik meydanında sionist rejim baş nazirinin Fransaya səfərinə etiraz əlaməti olaraq aksiya keçiriblər.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-11-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap