header

 “Dünya bilməlidir ki, İsrail yəhudi dövləti deyil!”- Yəhudi Hərəkatıfoto

Bu yəhudilər hesab edir ki, Trampın Qüdslə bağlı qərarı yəhudi xalqının da əleyhinədir...

Beynəlxalq Yəhudi dini hərəkatı “Neturey karto” Nyu-Yorkda- BMT qərargahı önündə ABŞ prezidenti Donald Trampın Qüdsü İsrail paytaxtı kimi tanımaq qərarına qarşı qəti etiraz aksiyası keçirib.  Bu haqda “Anadolu” agentliyi Amerika mediasına istinadla xəbər yayıb.
“Biz ABŞ prezidenti Donald Trampı Yerusəlimlə (yəhudilər Qüdsü belə adlandırırlar-S.L.) bağlı qərarına yenidən baxmağa, yəhudi və fələstinlilərin hüquqlarını qorumağa çağırırıq. İsraili dəstəkləmək - yəhudilərə dəstək demək deyil”,-  deyə Beynəlxalq Yəhudi hərəkatının rəhbəri David Feldman  öz çıxışında bəyan edib. 
Yəhudi aksiya iştirakçıları əllərində gözlənilməz və  sərt  şüarlar yazılmış plakatlar tutublar: “İudaizm sionizmi və İsrail dövlətini rədd edir!”, “İsrail müqəddəs torpaqları işğal edib!”,  “Dünya bilməlidir ki, İsrail - Yəhudi dövləti deyil!”, “Fələstin torpaqları fələstinlilərə qaytarılmalıdır!”... 
Xatırladaq ki,  1935-ci ildə Qüdsdə  yaradılmış “Neturey Karto”(qədim arami dilində”şəhərin keşikçiləri”) Yəhudi hərəkatı yaranışından bəri sionizmə və  İsrail dövlətinə qarşı çıxır.  Hərəkat hesab edir ki, sionizm və İsrail dövləti əsl Tövrat qanun və dəyərlərinin əleyhinədir. Onlar hətta  yəhudilərin Hitler tərəfindən məşhur soyqırımı kimi tanınan  “Holokst”u da “sionistlərin planlarının tərkib hissəsi və “Allahın yəhudi xalqına cəzası” kimi dəyərləndirirlər./moderator/ 
Bu yəhudilər hesab edir ki, Trampın Qüdslə bağlı qərarı yəhudi xalqının da əleyhinədir...
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-10-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap