header

 Ayətullah Amili: Şərq qəzetinin həqiqi cinayətkardan müsahibə alması pislənilir

Ayətullah Seyid Həsən Amili Ərdəbilin cümə namazı xütbələrində “Şərq” qəzetinin qondarma, separatçı və qəsbkar Qarabağ hökumətinin xarici işlər nazirindən müsahibə almasını bərk pisləyib, ölkəmizin Xarici İşlər Nazirliyinin İran və Azərbaycan ölkələri arasında münasibətlərin korlanmasına diqqətsizlik göstərməsinə etiraz edib.

Vəliyyi-fəqihin nümayəndəsi və Ərdəbilin imam cüməsi bu həftənin cümə namazı xütbələrində ölkənin iri tirajlı və müstəqil qəzetlərindən olan “Şərq” qəzetinin qondarma, separatçı və qəsbkar Qarabağ hökumətinin xarici işlər naziri ilə müsahibəsinə işarə edərək deyib: “Bu qəzetin onun batil iddialarını dünyaya çatdırmasına və bu həddə (müsahibə səviyyəsində) tanımasına kəskin etiraz edir və bu hərəkəti pisləyirik. Həmçinin İran və Azərbaycan ölkələrinin münasibətlərinin korlanmasına diqqətsiz yanaşdığı üçün ölkəmizin Xarici İşlər Nazirliyinə də etirazımızı bildiririk. Qondarma Qarabağ hökumətini Ermənistandan başqa heç bir dövlət tanımamışdır və BMT-nin üzvü deyil. Belə hökumət təbliğ üçün macal tapmamalıdır”.

İmam cümə əlavə edib: “Özünü Qarabağın xarici işlər naziri adlandıran bu şəxs həqiqi cinayətkardır və bir qəzet üçün cinayətkardan müsahibə almaqdan daha üstün etibarsızlıq ola bilməz”.

Ərdəbil əyalətinin Rəhbərliyin Ekspertlər Məclisində nümayəndəsi xütbəsinin davamında deyib: “Qarabağ Azərbaycan Respublikasının ayrılmaz hissəsidir. Bəziləri bu kimi təxribatçı addımlarla İran və Azərbaycan ölkələrinin münasibətlərinə xələl gətirməyə səy edirlər. Şübhəsiz, bu məsələnin arxasında erməni lobbisi dayanıb və bu hərəkət onların təhriki ilə baş tutub”.

Ərdəbilin imam cüməsi daha sonra deyib: “Qarabağ və Fələstin kimi işğal edilmiş ərazilərin problemi sülh və müzakirələr yolu ilə həll olan deyil. Müzakirə edənlər təkcə qalmış bir çıxış yoluna, yəni müqavimət yoluna qayıtmalıdırlar”.

Həzrət Ayətullah Amili xütbəsinin sonunda Trampın Fələstinlə bağlı verdiyi qərardan söz açaraq deyib: “BMT və Təhlükəsizlik Şurası bu haqda heç bir iş görə bilməzlər. Çünki bu kimi təşkilatlar Amerikanın maraqlarını təmin etmək, onunla müxalif olan dövlətləri əzmək üçün Amerikanın əlində bir alətdir. Çıxış yolu ümumdünya səviyyədə etirazlar və aksiyalardır. Bu gün Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn və Azərbaycandan başqa 56 İslam ölkəsinin hamısında cümə namazından sonra etiraz aksiyaları olacaq”.

Ayətullah Seyid Həsən Amili Ərdəbilin cümə namazı xütbələrində “Şərq” qəzetinin qondarma, separatçı və qəsbkar Qarabağ hökumətinin xarici işlər nazirindən müsahibə almasını bərk pisləyib, ölkəmizin Xarici İşlər Nazirliyinin İran və Azərbaycan ölkələri arasında münasibətlərin korlanmasına diqqətsizlik göstərməsinə etiraz edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-09-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap