header

 Sabah AİP lideri Mövsüm Səmədovun növbəti məhkəmə prosesi keçiriləcək

Sabah, dekabr ayının 6-da Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədovun məhkəmə prosesi keçiriləcək. Məhkəmə Bakı Ali Məhkəməsində baş tutacaq

Ötən məhkəmə prosesində Mövsüm Səmədovun vəkili Yalçın İmanovun Vəkillər Kolegiyası tərəfindən vəkillik fəaliyyətinin qadağan edilməsi səbəbindən onun da məhkəmədə iştirakı mümkün olmamışdı.


Məhkəmə sədrləri Mövsüm Səmədovun özünün və vəkilinin məhkəmə prosesində iştirakı üçün iclası təxirə salaraq, məhkəmə prosesini dekabr ayının 6-ı saat 10:00-a təyin etmişdilər. 

Bakı şəhər Qaradağ Məhkəməsinin qərarı ilə 14 iyun 2017-ci ildə Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov barəsində 3 il müddətinə Qapalı Tipli Həbsxana rejiminə keçirilib. Həmin qərardan apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsi əvvəlki qərarı qüvvədə saxlamışdır.

M. Səmədov 2011-ci ilin yanvar ayında partiyanın baş məclisində hakimiyyət əleyhinə sərt çıxış etdikdən sonra həbs olunub. O, bir neçə ağır cinayət maddələri ilə ittiham edilərək 12 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda Qobustan Qapalı Tipli Təcridxanada saxlanılır. AİP lideri Beynəlxalq Təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınır.

Sabah, dekabr ayının 6-da Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədovun məhkəmə prosesi keçiriləcək. Məhkəmə Bakı Ali Məhkəməsində baş tutacaq
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-05-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap