header

 AİP dünya müsəlmanlarını təbrik etdi

Azərbaycan İslam Parityası müsəlman Azərbaycan xalqını, dünya müsəlmanlarını Həzrət Məhəmməd(s) peyğəmbərin və 6-cı İmam Cəfəri Sadiq(ə)-ın mövludu münasibətilə təbrik edib.

Partiyanın Mətbuat Xidmətindən daxil olan təbrik müraciətində deyilir:

“İslam dünyası üçün ən əziz bayramlardan biri, Allahın bəşəriyyətə rəhməti olaraq göndərdiyi peyğəmbərlərin sonuncusu, yaradılanlarınən üstünü və şərəflisi, ən kamil din olan İslam dinini insanlara çatdıran Həzrət Məhəmməd(s) Peyğəmbərin mövlud günüdür. Bu əziz bayram, həmçinin Allah Rəsulunun Əhli-beytindən olan İmam Sadiqin(ə) mövludu münasibətilə Həzrət Mehdi Sahib əz-Zaman(ə.f) başda olmaqla,müsəlman Azərbaycan xalqını, dünyanın tərəqqipərvər müsəlmanlarını, xüsusən də Peyğəmbərin(s) Əhli- beytini sevən aşiqlərini səmimi qəlbdən təbrik edirik.

Peyğəmbərin mövludu bayramını bütün dünya müsəlmanları hər il böyük şövqlə qeyd edir. Allah Təala insanların içərisindən seçdiyi, bəşər, onun mənəvi və ümumən mövcudluğunun xilası üçün Özünə rəsul- elçi etdiyi O Həzrəti Qurani-Kərimdə bəşərə rəhbər,ali yol göstərən, əxlaq nümunəsi kimi vəsf edir. Tanrı Peyğəmbərə(s) iman gətirənləri Ona, qiyamət gününə ümid bəsləyərək əbədi əzabdan qorunanlar, səadətə yetişəcək bəndələr kimi qələmə verir.

Yaşadığımız dünyada bu gün böyük bir gərginlik mövcuddur. Bu gərginliyin içərisində  İslam dininə ümidlər artmaqda davam edir. Dinimizin dəyərlərinin necə yüksək maraq və məhəbbətlə öyrənilərək qəbul edilməsinin şahidi oluruq. Bütün bunlar Allahın yer üzünə göndərdiyi İslam dinini nəzərdə tutduğu hədəfə yaxınlaşdırır. Bir sıra müsəlman ölkələrində peyğəmbərimizin(s) mövlud günü nəzəriyyəsində yaranmış fərq Vəhdət həftəsi kimi qeyd olunur. Bünövrəsi 1981-ci ildə İmam Xomeyni tərəfindən qoyulmuş və İslam aləmində Həzrətin doğum günü fərqini aradan qaldırmağa, bayramın daha geniş şəkildə qeyd olunmasına xidmət edən Vəhdət həftəsi insanlara bu mənəvi zənginlikdən yaxşı bəhrələnməyə şərait yaradır.

Nə xoş  ki, dünyaya əbədi günəş kimi doğan Məhəmməd(s) peyğəmbərin ümmətiyik. Eyni zamanda Əhli-beyt aşiqləriyik. Çox istərdik ki, 95 faizindən çoxu müsəlman olan ölkəmizdə bu əziz bayram geniş şəkildə qeyd olunsun,  mahiyyəti çox dəyərli olan bu əlamətdar gün dövlət bayramı kimi rəsmi təqvimimizə daxil edilsin. Allahın bizim üçün göndərdiyi bu əbədi nemətlərdən bəhrələnməyimiz, Peyğəmbərin(s) Əhli-beytinə sevgi və məhəbbətlə yanaşmağımız, vəhdətimiz xalqımızı bəlalardan xilas etməyin, torpağımıza, sərvətlərimizə sahib çıxmağımızın ən mühüm və qısa yoludur.

Əlamətdar bayram münasibətilə bir daha xalqımızı təbrik edir, gələcək günlərimizə Allahdan xeyir və bərəkət diləyirik.”

Hacı İlham Əliyev, Azərbaycan İslam Partiyasının sədr əvəzi

Azərbaycan İslam Parityası müsəlman Azərbaycan xalqını, dünya müsəlmanlarını Həzrət Məhəmməd(s) peyğəmbərin və 6-cı İmam Cəfəri Sadiq(ə)-ın mövludu münasibətilə təbrik edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-05-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap