header

 İslamda vəhdət prinsipini izah edən İmam (ə) kəlamı

“Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa onlar da (Allaha qarşı hörmət və ehtiramı) bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər”. (Ənam, 108).

Birlik, bir-birinə bağlılığ mənasında olan vəhdət anlayışı bütün bütün ideoloji məktəblərin, ictimai münasibətləri izləyən fəalların fərdləri dəvət etdiyi möhkəm bir tərəfdaşlığdır. İslam dini də hər tərəfli bir din olaraq fərdin və cəmiyyətin islahını nəzərə alaraq vəhdətə önəm verir və müsəlmanları vəhdəti qorumarda diqqətli olmağa çağırır. Qurani Kərim vəhdətin pozulduğu halda hətta dinin təhlükədə olduğuna işarə edərək buyurur:

 

Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən)ayrılmayın! (Ali-İmran-103).

(Ya Rəsulum!) Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmışdır. (Allah) sonra (qiyamətdə) onlara nə etdiklərini bildirəcəkdir! (Ənam-159).

 

 

Hətta Qurani Kərim müsəlmanların bütün fikir ayrılığlarına baxmayaraq vəhdətin qorunmasına o qədər əhəmiyyət verir ki, bu vəhdəti hidayətin bir parçası adlandırır. Ali-İmran surəsindən qeyd etdiyimiz yaxarıdakı ayənin sonunda buyurulur:

Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, bəlkə haqq yola yönəlmiş olasınız!(hidayət tapdınız) (Ali-İmran-103).

 

Vəhdət olmaq üçün, bir olmaq üçün öncə niyyətlərin bir olması lazımdır. Hər kəsin niyyəti Allah rizası və hidayətdirsə vəhdət bu zaman baş tutar. Yox hər kəsin niyyətinin arxasında özü durursa, hər kəs hadisələrin gedişatını özünə, öz mənafeyinə tərəf çəkmək istəyər. Necəki əsirlər boyu bu cür nifaqlardan istifadə edərək müsəlmanlar arasında təfriqə və düşmənçiliklər salıblar. Niyyəti xalis olmayan zəif iradəli və zəif düşüncəli insanlar da bu kimi təbliğat və düşmənçilkilərə aldanaraq digər müsəlmanlara qarşı fitiraçı və böhtançı mövqeyində olublar.

 

İmam Rza (ə) niyyətinin arxasında özü olanların bu növ həssas hiyləsinə  toxunaraq buyurub:

 

“Ey İbn Əbi Məhmud! Bizim düşmənlərimiz bizim haqqımızda üç növ yalan hədislər yayırlar: 1). “Ğuluv” – (imamları İlahiləşdirmək);

2). “Təqsir” – (İmamları (ə) onları layiq olduqları məqamdan aşağı səviyyədə göstərmək);

3). "Məsalib"- Bizim adımızdan düşmənlərimiz (başqa məzhəblərin rəisləri) haqqında “məsalib” (söyüş, lənət) yayan hədislər;

Camaat bizim (Əhli-Beyt İmamları) haqqımızda “ğuluv” eşitdikləri zaman şiələrimizi təkfir edəcəklər. Və onların bizi “rəbb” bildiklərini iddia edəcəklər.

Bizim haqqımızda “təqsir” hədislərini eşitdikdə buna inanacaqlar (və bizim (Əhli-Beyt) həqiqətən də layiq olduğumuz məqamı danacaqlar).

İnsanlar eşidəndə ki, biz (Əhli-Beyt İmamları) düşmənlərimiz haqqında söyüş və pis sözlər demişik, onlar da bizi adımızı çəkərək söyəcəklər və haqqımızda pis sözlər deyəcəklər. Həqiqətdə isə Allah-Taala buyurmuşdur ki, “Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa onlar da (Allaha qarşı hörmət və ehtiram) bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər”.(Ənam, 108).

Şeyx Səduq, “Uyunu Əxbarir-Riza (ə)”, 1/304/ bölmə: 28/hədis: 63).

 

Bu gün müsəlmanlar düşmənlərin müxtəlif məkirli hiylələri ilə və çətin imtahanlarla üz-üzədirlər. Bu hiylələrdən biri də məzhəb böyüklərinə atılan iftiralardır ki, yuxarıda buna toxunduq. Bu iftiraların əsası Əhli-Beytlə (ə) düşmənçilikdə sərhəd tanımayan Əməvilər tərəfindən qoyulmuşdur. Niyyəti özü olanlar da bundan istifadə edir, müxtəlif təbliğat vasitələri ilə bunu təbliğ edir, hətta dövrümüzdə bu barədə cild-cild kitablar və verlişlər təsis edərək insanları aldadırlar. Hətta Əhli-Beyt (ə) davamçılarının əllərində tam başqa bir Quranın olduğunu belə iddia edirlər.  Nəticədə ümümi müsəlmanlar bunun əziyyətini çəkir.

 

Yaşar Nuriyev/İslaminSesi.info

“Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa onlar da (Allaha qarşı hörmət və ehtiramı) bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər”. (Ənam, 108).
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-04-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap