Həriri: Suriya müharibəsinin qalibləri Rusiya və İrandır
Posted on : iran 12/02/2017
Livan Baş naziri Suriya müharibəsinin qalibləri haqda danışıb
İslamazeri.com-un “Paris Match”-a istinadən verdiyi xəbərə əsasən, Livanın Baş naziri Səəd Həriri bəyan edib ki, Suriyadakı müharibəni Rusiya və İran prezidentləri Vladimir Putin və Həsən Ruhani udub.
Həriri Suriya müharibəsinin qalibi olaraq ölkə başçısı Bəşər Əsədi yox, Rusiya və İran prezidentlərini hesab edir.
O həmçinin koalisiya kabinetinə yenidən rəhbərlik edəcəyi haqda məlumatı təsdiqləyib və Səudiyyə Ərəbistanı rəhbərliyinin onu dustaq kimi saxladığını təkzib edib.
Xatırladaq ki, Həriri noyabr ayının 4-ü Səudiyyə Ərəbistanı paytaxtında olarkən istefa verdiyini elan edib.