header

 Türkiyə, Azərbaycan və Pakistan XİN başçıları üçtərəfli əməkdaşlığın inkişafını vurğuladı

Azərbaycan Respublikası, Türkiyə və Pakistan xarici işlər nazirləri bu gün Bakıda bir araya gəlib və üçtərəfli və regional əməkdaşlıqların inkişafı haqda müzakirə aparıblar.

İRİB-in Bakıdan verdiyi məlumata görə, Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və Pakistan xarici işlər naziri Xacə Məhəmməd Asif ikitərəfli, sonra isə üçtərəfli iclaslarda regional əməkdaşlıqlar, üç ölkə və regionun önəmli məsələləri haqda, müxtəlif müdafiə, hərbi, təhlükəsizlik, iqtisadi və siyasi və digər sahələrdə fikir mübadiləsi aparıblar. Sonda bəyanat imzalayaraq üçtərəfli əməkdaşlıqların inkişafını vurğulayıblar. 

Üçtərəfli bəyanatda hər üç tərəf regionda stabillik və təhlükəsizliyin yüksəldilməsi üçün əməkdaşlıqlar və iştirakın inkişafına maraqlı olduqlarını elan ediblər. 

Üç ölkənin hakimiyyət prinsiplərinə qarşılıqlı hörmət, ölkələrin ərazi bütövlüyünə dəstək, təhdidlər qarşısında həmrəylik üç ölkənin bəyanatında qeyd olunan müddəalardandır: Onların heç birinin ərazisi digərləri əleyhinə istifadə olunmayacaq. Ticarət dövriyyəsinin həcminin artırılması, əməkdaşlıqların inkişafı, enerji, nəqliyyat, sənaye sektorları, hava nəqliyyatı imkanının yaradılması istiqamətində əməkdaşlıq bu bəyanatda qeyd olunan müddəalardandır. 

Bu bəyanatda sabah Bakıda keçiriləcək İstanbulun layihəsi olan Asiyanın Ürəyi ölkələrinin iclasının keçirilməsi ərəfəsində xarici işlər nazirlərinin görüşü önəmli hesab olunub, ötən bir neçə ildə bu iclasın fəaliyyətlərinə önəm verilib, bu iclasda sədaqətli olduğunu və bu layihə çərçivəsidə etimadın yaradılmasıı vurğulanıb. 

Azərbaycan Respublikası, Türkiyə və Pakistan xarici işlər nazirləri bu gün Bakıda bir araya gəlib və üçtərəfli və regional əməkdaşlıqların inkişafı haqda müzakirə aparıblar.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-30-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap