header

 Təbrizdə Nardaran şəhidlərinin möhtəşəm anım mərasimi keçirildi - Foto

İmam Həsən Əskərinin (ə) şəhadət gecəsi ilə eyni zamanda məzlum Nardaran şəhidlərinin ikinci ildönümü mərasimi Təbrizin imam cüməsi və Vəliyyi-Fəqihin Şərqi Azərbaycan üzrə nümayəndəsi höccətül-islam vəl-müslimin doktor Ali-Haşimin, elm və mədəniyyət adamlarının və Təbriz əhalisinin geniş iştirakı ilə keçirildi.

Nardaran şəhidlərinin ikinci ildönümü münasibətilə anım mərasimi Təbrizin Vəliəsr (əc) prospektində yerləşən İmam Sadiq (ə) məscidində müxtəlif xüsusi proqramın icra edilməsi ilə keçirildi.

Mərasimin əvvəlində Təbrizin tanınmış qarisi Qurani-kərimdən bir neçə ayəni tilavət etdi. Sonra məscidin imam camaatı mərasim iştirakçılarını salamlayaraq qanlı Nardaran hadisələri ilə bağlı onlara məlumat verdi, İslam təlimlərinə bağlı qaldıqları üçün Azərbaycan Respublikası xalqına minnətdarlıq etdi və Təbriz əhalisinin onları hər zaman tamamilə dəstəkləyəcəyini bildirdi. İmam camaat vurğuladı ki, bizim burada toplaşmağımızın səbəbi odur ki, Azərbaycan Respublikası xalqının səsinə qoşulaq və səsimizi birləşdirək.

Proqramın davamında tanınmış zəncanlı məddah Hacı Məhdi Rəsulinin Azərbaycan Respublikası islamçılarına dəstək olaraq oxuduğu və bu ölkə xalqının məhərrəm ayı mərasimində möhtəşəm iştirakı ilə bəzədilmiş son klipi nümayiş etdirildi.

Mərasimin aparıcısı cənab Əbdinin Azərbaycan müsəlmanlarının müqaviməti və Nardaran şəhidlərinin xatirəsinin uca tutulması ilə bağlı şer oxuması mərasimin icra olunan növbəti proqramı oldu.

Anım mərasiminin xüsusi natiqi xətib höccətül-islam Bərgi idi. O, xütbəsinin əvvəlində İmam Həsən Əskərinin (ə) və Nardaran şəhidlərinin şəhadəti münasibətilə başsağlığı verdi.

Xətib çıxışının davamında Nardaranın siyasi və dini mövqeindən, qanlı Nardaran hadisələrindən söz açdı və Azərbaycan Respublikasının anti-din hərəkətlərini bərk tənqid etdi.

Mərasimin davamında məddah Abdullah Dadaşi öz ürək oxşayan səsi ilə İmam Həsən Əskəri (ə) və Nardaran şəhidlərinə aid rövzə və mərsiyələr oxudu.

Ali Məqamlı Rəhbərin Şərqi Azərbaycan üzrə nümayəndəsi höccətül-islam vəl-müslimin doktor Ali-Haşimin, habelə elm və mədəniyyət sahəsinin əməkdaşlarının iştirakı mərasimin əhəmiyyətli məsələlərindən idi.

Media əməkdaşarının da geniş iştirak etdiyi mərasimdə Televiziya və Radio Şirkətinin Təbriz bölməsi və Beynəlxalq Səhər-Azəri kanalı doktor Ali-Haşimdən müsahibə aldılar.

Mərasimin sonunda Dünya Müsəlman Azərilərinin Hüquqlarının Müdafiə Komitəsinin Nardaran şəhidlərinin ikinci ildönümü münasibətilə yaydığı bəyanat oxundu.

Bəyanatın bir hissəsində deyilir:

Ötən illərdə bəs qədər acı hadisələr baş vermişdir, bir çox imanlı və mömin şəxslər xoşagəlməz hadisələrlə qarşılaşmışdır, həbs edilmiş islamçı rəhbərlər və fəallar hələ də qorxulu həbsxanalarda saxlanılmışdır. Bizim istəyimiz budur ki, onların zindandan azad olunması, yaxud ən azından şəraitlərinin yaxşılaşdırılması istiqamətində əsaslı işlər görülsün. Xüsusilə də Hacı Mövsüm Səmədov, Hacı Tale Bağırov, Hacı Abgül Süleymanov və digər islamçılara qarşı edilən işgəncələr və həyata keçirilən məhdudiyyətlər ciddi narahatçılığa səbəb olmuşdur. Bütün siyasi və etiqadi məhbusların azad olunması əsaslı və önəmli addım hesab olunur.

admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars

Starts: 11-28-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
SiteMap