header

 Komitə sədrinin müavini Aşura mərasimlərinin siyasiləşdirilməsindən danışdı

“Azərbaycanda Aşura mərasimlərinə siyasi elementlər qatmaq istəyən qüvvələr var”.

APA-nın şimal bürosuna istinadən xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDQ) sədr müavini Gündüz İsmayılov DQİDK, Mətbuat Şurası və Qafqaz Müsəlmanları İdarəsinin Qubada birgə təşkil etdiyi “Din-media münasibətləri: mövcud vəziyyət və beynəlxalq təcrübə” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, bu gün də dinlə bağlı təhdid cəhdləri qalır: “Məsələn, son illər biz müşahidə edirik ki, Azərbaycanda Aşura mərasimlərinin başqa ölkələrin tərzinə uyğun keçirilməsinə cəhdlər olunur. Bizdə tarixən Aşura mərasimləri keçirilib və bundan sonra da keçiriləcək, amma təəssüf ki, bəzi dini qruplar, dini dairələr Azərbaycanda Aşura mərasimlərini başqa xalqların ənənələrinə uyğun keçirməyə cəhdlər göstərirlər. Azərbaycanda Aşura mərasimlərində siyasi elementlər heç vaxt olmayıb, amma bu gün həmin mərasimlərə bu elementləriqatmaq istəyənlər var. Azərbaycanda Aşura məktəbi, İmam Hüseyn məktəbi tarixən şəhadət məktəbidir, amma siyasət məktəbi deyil. Bəzi dini qruplar, hansısa dini dairələr İmam Hüseyn məktəbini siyasət məktəbi kimi təqdim etməyə çalışır”.

Komitə rəsmisi dinlə bağlı başqa təhdid cəhdlərinin də olduğunu deyib. O, din pərdəsi altında Azərbaycan xalqının milli kimliyi ilə dini kimliyini qarşı-qarşıya qoymaq istəyənlərin olduğunu vurğulayıb.

G.İsmayılov Azərbaycan mətbuatının dini maarifləndirmə işinin həyata keçirilməsində, dini təbliğatın aparılmasında, dini radikalizm və dini ekstremizmlə mübarizənin təşkilində, milli-mənəvi dəyərlərin qorunmasında rolunun danılmaz olduğunu deyib:  “Məsələn, Suriya və İraqda münaqişələr baş verərkən bu proseslərin ideoloji cəhətdən Azərbaycana proyeksiyasına ciddi cəhdlər olundu. Bu cəhdlərə qarşı mübarizədə Azərbaycan mediası bizimlə birlikdə ən böyük sipərlərdən birini formalaşdırdı və bu cəhdlərin heç biri baş tutmadı”.

Millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında bildirib ki, KİV cəmiyyətə yekdil məlumatlar ötürməlidir. O, Azərbaycanın tolerant ölkə olduğunu, ölkəmizin müsəlman ölkələri ilə xristian ölkələri arasında bir körpü rolunu oynadığını deyib: “Biz dinə münasibətimizlə həm Avropa ölkələrinə nümunə ola bilərik və nümunəyik,  eyni zamanda, İslam ölkələrinə nümunə ola bilərik. 4-cü İslam oyunlarının Azərbaycanda keçirilməsi də buna bir sübutdur”.

Millət vəkili Azərbaycanın çoxkonfessiyalı bir ölkə olduğunu və onlar arasında çox yüksək əlaqələrin mövcudluğunu diqqətə çatdırıb. O, jurnalistlərin bu istiqamətdə materiallar hazırlayarkən dinlə bağlı məlumatlı olmaları və bu istiqamətdə gedən proseslərdən xəbərdar olmaları üçün bu tipli seminarların əhəmiyyətli olduğunu deyib.

Ə.Amaşov bildirib ki, Mətbuat Şurası yarandığı vaxtdan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi ilə sıx əməkdaşlıq edir və jurnalistlərin dini biliklərini artırmaq üçün müxtəlif seminarlar və tədbirlər təşkil edir.


“Azərbaycanda Aşura mərasimlərinə siyasi elementlər qatmaq istəyən qüvvələr var”.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-28-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap