Ayətullah əl-üzma Vəhid Xorasani: İmam Həsən Əskərinin (ə) şəhadət günü hamı küçələrə axışsın
Posted on : Təqlid mərcələrinin 11/27/2017
Redaksiyamızın “Şafaqna”-ya istinadla verdiyi xəbərə görə, Ayətullah əl-üzma Vəhid Xorasani bütün dini heyətlərdən istəyib ki, İmam Həsən Əskərinin (ə) şəhadət günü küçələrə çıxsınlar.
Təqlid mərcəsi Fiqh xaric dərsində əhaliyə və dini heyətlərə müraciət edərək deyib: “Bu ölkə, İmam Zaman (ə) ölkəsidir. Sizin hamınız da onun ehsan və yaxşılıq süfrəsində əyləşmisiniz. Onun atası üçün nə iş görmüsünüz? Ey Vəliyyi-Əsr! Bizim qüsur və təqsirdən başqa bir şeyimiz yoxdur. İnşallah, bütün heyətlər İmam Həsən Əskərinin (ə) şəhadət günü küçələrə çıxsın. Bu fürsəti əldən vermək olmaz. Hər bir heyətin küçəyə çıxması onun Vəliyyi-Əsrə (əc) və imkan dairəsinin qütbünə başsağlığı verməsidir.
Sən dilənçilər kimi bəndəliyini muzdla şərtləndirmə
Çün Xacə Özü bəndəni pərvəriş etməyin yolunu bilir.
Allahümmə kun li vəliyyikəl-Huccət ibnil-Həsən. Sələvatukə ələyhi və əla abaihi fi hazihis-saəti və fi külli saəh. Vəliyyən və hafizən və qaidən və nasirən və dəlilən və əyna. Hətta tuskinəhu ərzəkə təvən və tuməttiəhu fiha təvila.
Atan Əbu Məhəmməd Həsən ibn Əli Əskərinin (ə) müsibətinə görə Allah sənə əcr versin, Ey Bəqiyyətullah”.
Qeyd edək ki, İranda İmam Həsən Əskərinin (ə) şəhadət günü rəsmi tətil günü elan edilmişdir və dövlət səviyyəsində matəm günü kimi qeyd edilir.