Ərdəbildə Nardaran şəhidlərinin ikinci ildönümü mərasimi keçiriləcək
Posted on : Ərdəbil 11/26/2017
Məhdi-Təşəyyö Mərkəzinin idarə heyətinin rəhbəri deyib: “İmam Həsən Əskərinin (ə) şəhadət gecəsi ilə eyni zamanda Ərdəbildə Nardaran şəhidlərinin ikinci ildönümü münasibətilə mərasim keçiriləcək”.
Məhdi-Təşəyyö Mərkəzinin idarə heyətinin rəhbəri İrəc Əhmədihisar jurnalistlərə verdiyi açıqlamasında deyib: “İmam Həsən Əskərinin (ə) şəhadət gecəsi münasibətilə Təbriz və Qum şəhərləri ilə eyni zamanda Ərdəbildə də Nardaran şəhidlərinin ikinci ildönümü mərasimi keçiriləcək”.
İrəc Əhmədihisar əlavə edib: “Mərasim 26 noyabrda məğrib və işa namazlarından sonra Seyid Sədrəddin Ərdəbili İmamzadəsində keçiriləcək. Bununla bağlı lazımi tədbirlər həyata keçirilib”.
Mərkəzinin idarə heyətinin rəhbərinin sözlərinə görə Nardaran şəhidlərinin ikinci ildönümü mərasimi Məhdi-Təşəyyö Ərdəbil Ümumi Mənfəət və Mədəniyyət Mərkəzi, Seyid Sədrəddin Ərdəbili İmamzadəsinin Qəyyumlar Heyəti və Ərdəbilin bir qrup dini heyətlərinin təşəbbüsü ilə təşkil edilir.
İ. Əhmədihisar Dünya Müsəlman Azərilərinin Hüquqlarının Müdafiə Komitəsinin bəyanat verməsini də vurğulayaraq deyib: “Bu barədə lazimi işlər görülüb, icraçı məsulların və medaiların bu zəminədə hərtərəfli əməkdaşlıq edəcəyini gözləyirik”.