header

 Yalnız qadınlardan ibarət olan camaat namazında qadın imam dura bilər?

Bütün fəqihlərin nəzəri budur ki, qadın kişilərin iştirak etdiyi camaat namazında imamlıq edə bilməz. Bəs yalnız qadınlar olsa necə?

Camaat namazı bütün dini mənbələrin, o cümlədən bütün fəqihlərin təkidlə buyurduğu məsələlərdəndir.

 

Məlum məsələdir ki, qadın kişilərin iştirak etdiyi camaat namazında nəinki imamlıq edə bilməz, hətta kişilərlə bir sırada dayanması caiz deyil. Ya gərək arxa sırada dayansın, yadakı onlarla kişilər arasında pərdə kimi şeylər fasilə salsın.

 

Bəs bir qadın digər qadınlara camaat namazında imamlıq edə bilərmi?

 

İmam Xomeyni:

Ehtiyat vacib budur ki, həmçinin qadınlara belə kişi imamlıq etsin.

 

Ayətullah Behcət:

İşkalı yoxdur.

 

Ayətullah Təbrizi:

İşkalı yoxdur. Amma vacibdir ki, möminlərlə bir cərgədə dursun. Önə keçməsin.

 

Ayətullah Xameneyi:

Caizdir.

 

Ayətullah Sistani:

Qadın imamlıq etdiyi halda qadınlarla bir cərgədə dursun.

 

Ayətullah Lənkərani:

Ehtiyat vacib budur ki, qadınlara da kişi imamlıq etsin.

 

Ayətullah Məkarim Şirazi:

Maneəsi yoxdur.

 

Ayətullah Vəhid Xorasani:

Qadının qadına imaməti səhihdir.

 

 

Yaşar Nuriyev/İslaminSesi.info

Bütün fəqihlərin nəzəri budur ki, qadın kişilərin iştirak etdiyi camaat namazında imamlıq edə bilməz. Bəs yalnız qadınlar olsa necə?
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-25-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap