İran İŞİD-dən azad edilən Bu-Kamal şəhərinə humanitar yardımlar göndərib
Posted on : iran 11/23/2017
İran İŞİD terror təşkilatı tərəfindən azad edilən Dirazzur əyalətinin Bu-Kamal şəhərinə ərzaq məhsulları və humanitar yardımlar göndərib.
İslaminSesi.info bu barədə Suriya mətbuatına istinadla məlumat verir.
Qeyd edək ki, Bu-Kamal Suriyada İŞİD nəzarətində qalan son şəhəri idi.
Bu şəhərin azad edilməsi əməliyyatına Sepah generalı Qasim Süleymani başçılıq edib.
Şəhər azad edildikdən sonra Qasim Süleymani Ayətullah Xameneiyə məktub yazaraq, İŞİD-in Suriyada hərbi baxımdan süqut etdiyini bildirib.