header

 İnqilab Rəhbəri: Zalım qüvvələrlə mübarizədə İranın iştirakına ehtiyac olan yerdə kömək edəcəyik

İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar: İran İslam Respublikası zalım qüvvələrin və sionizm cəbhəsinin müsəlmanlar arasında müharibə törətmək üzrə fitnəsi qarşısında dayanıb, dayanacaq və Allah-Taalanın izni ilə bu mübarizədə zəfər çalacaqdır.

Həzrət Ayətullahuluzma Xamenei bu gün səhər "Əhli-Beyt(ə) sevərləri və təkfirçilər məsələsi" iclasında iştirak edən qonaqlarla görüşdə belə qeyd ediblər: Hərçənd İŞİD İraq və Suriyada finiş nöqtəsinə çatdı, amma düşmənlərin məkrindən qəflətə qapılmaq olmaz, zira Amerika, sionizm və onların davamçıları İslamla düşmənçilikdən əl çəkməyəcəklər və ola bilsin, digər bir məntəqədə İŞİD və onun kimi bir fitnə hazırlayaraq, icra etmiş olacaqlar.

İslam İnqilabının Böyük Rəhbəri müxtəlif ölkələrdəki müsəlmanları küfr və zalım qüvvələr cəbhəsinə qəbul etdirilmiş bir gerçəklik adlandırıb və belə qeyd ediblər: İslam dünyası bu gün küfr və zalım qüvvələr qarşısında dayana bilər və İslam şəriətinin tam şəkildə reallaşmasının ardınca olan İrandakı islami quruluş İslam düşmənlərinə qalib gəlmək üçün bir vasitə olacaqdır.

O həzrət sionizm və Amerika tərəfindən islami quruluşa qarşı qırx ilə yaxın fitnə, təzyiq və sanksiyanın həyata keçirilməsinə işarə edərək, deyiblər: Bütün bu təzyiqlərə rəğmən, qəti şəkildə bildiririk ki, İran İslam Respublikası küft və zalım qüvvələrlə mübarizədə İranın iştirakına ehtiyac olan yerdə kömək edəcək və bu məsələnin bəyanında heç kəsi nəzərə almayacaq.

Həzrət Ayətullahuluzma Xamenei Fələstin məsələsini İslam dünyasının birinci məsələsi adlandırıb və belə əlavə ediblər: İslam düşmənləri üzərində qələbənin açarı, Fələstin məsələsidir, zira küfr, zalım qüvvələr və sionizm cəbhəsi islami Fələstin ölkəsini qəsb edərək, onu, region ölkələrinin təhlükəsizliyinə xələl gətirmək üçün bir bazaya çeviriblər və İsrail kimi xərçəng şişi ilə mübarizə aparmaq lazımdır.

İslam İnqilabının Böyük Rəhbəri düşmənlərin müsəlmanlar arasında ixtilaf və qarşıdurma törətməkdə əsas məqsədlərini sionist rejim üçün təhlükəsiz bir haşiyə yaratmaq adlandıraraq, vurğulayıblar: Fələstinin Fələstin xalqına geri dönəcəyi gün zalım qüvvələrə əsl zərbə endiriləcək və biz həmin gün üçün səy göstərəcəyik.

 
 
 
 
 
 
 
 
 
 
 
 

 

İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar: İran İslam Respublikası zalım qüvvələrin və sionizm cəbhəsinin müsəlmanlar arasında müharibə törətmək üzrə fitnəsi qarşısında dayanıb, dayanacaq və Allah-Taalanın izni ilə bu mübarizədə zəfər çalacaqdır.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-23-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap