header

 Səudiyyə tutulan şahzadələri “sındırmağa” çalışır

Səudiyyədə anti-korrupsiya əməliyyatı zamanı həbs edilənlərə işgəncələr verilir.

İslamazeri.com-un “Daily Mail” qəzetinə istinadən verdiyi xəbərə əsasən, Səudiyyə Ərəbistanında keçirilmiş genişmiqyaslı anti-korrupsiya əməliyyatı zamanı həbs edilmiş yüksəkvəzifəli məmurlar, biznesmenlər və kral ailəsinin üzvləri işgəncələrə məruz qalırlar.

“Onları döyürlər, işgəncə verirlər, təhqir edirlər. Onları sındırmağa çalışırlar.”, - deyə bildirilir.

Maraqlıdır ki, qəzetin məlumatına görə, tutulanların saxlanıldığı otelin çölündə Səudiyyə Ərəbistanının xüsusi xidmət orqanlarının maşınlarının olmasına baxmayaraq, içəridə ABŞ-ın şəxsi hərbi şirkəti fəaliyyət göstərir.

Kral ailəsinin üzvlərinin dindirilməsində vəliəhd şahzadə Muhəmməd bin Salman Al-Səud şəxsən iştirak edir. Muhəmməd bin Salman bu yolla şahzadələrdən rüşvət almış xarici məmurlar şəbəkəsini ifşa edəcəyinə ümid edir.

Səudiyyədə anti-korrupsiya əməliyyatı zamanı həbs edilənlərə işgəncələr verilir.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-23-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap