İstanbulda Beynəlxalq Şəhriyar Seminarı keçirilib
Posted on : Türkiyə 11/22/2017
Türkiyənin İstanbul şəhərində görkəmli İran şairi Məhəmməd Hüseyn Şəhriyara həsr edilmiş beynəlxalq seminar keçirilib.
İRNA-nın məlumatına görə, Təbriz Universitetinin Ədəbiyyat fakultəsinin dekanı Məhəmməd Mehdipur bazar ertəsi günü şer və ədəbiyyata maraq göstərən çoxlu sayda insanın iştirak etdiyi bu seminarda deyib:Şəhriyar ləqəbi ilə məşhur olan Məhəmməd Hüseyn Behcət Təbrizi İran ədəbiyyatı və mədəniyyətində çox yüksək məqama malik olan qələm və söz sahibi kimi bu gün şer və ədəbiyyat ilə tanışlığı olan insanlar arasında böyük şöhrətə malikdir.
Mehdipur əlavə edib: Şəhriyar eşq və məhəbbət mədəni olaraq daim zülm və zorakılıq əleyhinə şer söyləyərək, məzlumları müdafiə edib.
İstanbul Universitetinin ədəbiyyat fakultəsinin dekanı Həyati Dəvəli də bu seminarda çıxış edib və deyib: Şəhriyar həm fars, həm də türk dilində şah əsərləri yaradıb və ustad Şəhriyarın bu xüsusiyyəti İran və Türkiyə arasındakı mədəni baxımdan daha artıq yaxınlaşmaya səbəb olub.