header

 İsrail əsgərlərinə çağırış: "Yaralı fələstinliləri öldürün"

Bu barədə İsrailin "Kanal 7" televiziyası xəbər verib.

İslamazeri.com Eastnews.org-a istinadən xəbər verir ki, fanatik ravvin Baruç Marzel İsrail əsgərlərindən fələstinli yaralıları öldürmələrini, silahlı hərəkət edən fələstinliləri edam etmələrini, yaralananlara səhiyyə xidməti gətirməmələrini və qan itkisindən ölənə qədər onları tərk etmələrini istəyib.

Bu barədə İsrailin "Kanal 7" televiziyası xəbər verib.

Ravvin Marzel fələstinli gənc Əbdülfəttah əş-Şərifi mühakiməsiz öldürməkdə günahlandıran İsrail əsgərinin mühakimə olunmasından sonra əsgərlərin fələstinliləri öldürməkdən imtina etdiklərini, buna görə vəzifələrini tamamlaya bilmədiklərini iddia edib. Marzel "Fələstinli terrorçuları müalicə üçün xəstəxanalara aparılmaları yerinə öldürülməsi lazımdır. Onların müalicəsi dövlətə minlərlə dollara başa gəlir. Yalnız yəhudilərə əziyyət etmək üçün gələn terrorçular da ölməlidir", - deyib. Xatırladaq ki, 24 mart 2016-cı ildə İsrail əsgərlərinin atəş açması nəticəsində Rəmzi Kasravi adlı fələstinli gənc hadisə yerində həyaını itirmişdi. Ayaqlarından yaralanan fələstinli gənc Əbdülfəttah əş-Şərif isə heç bir təhlükə yaratmadığı halda İsrail əsgəri tərəfindən yaxın məsafədən başına bir neçə əl atəş açılaraq, öldürülmüşdü.

Bu barədə İsrailin "Kanal 7" televiziyası xəbər verib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-22-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap