header

 Səud koalisiyası yəmənliləri susuz qoydu

Yəmən paytaxtı susuz qaldı.

İslamazeri.com-un rus mediasına istinadən verdiyi xəbərə əsasən, Yəmənin paytaxtı Səna şəhəri içməli su mənbələrindən məhrum olub. Bu haqda Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi İolanda Jakme məlumat verib.

Onun sözlərinə görə, Səud koalisiyasının mühasirəsi səbəbi ilə su stansiyaları üçün yanacaq çatışmazlığı yanaşır ki, bu da öz növbəsində, su borularının fəaliyyətinin dayanmasına gətirib çıxarıb.

Nəticədə də hazırda Yəmənin əhalisi sıx olan şəhərlərində təqribən 2,5 milyon insan içməli sudan məhrum olub.

Mütəxəssislər qeyd edirlər ki, bu, vəba və dizenteriyanın yayılmasında yeni dalğaya səbəb ola bilər.

Xatırladaq ki, azı 7 milyon yəmənli aclıqla üz-üzədir.

Yəmən paytaxtı susuz qaldı.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-21-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap