header

 Evdə heyvan saxlamağın islami baxımdan hökmü nədir - Ayətullah Seyyid Sistani

Aşağıda it və pişik saxlanılması və digər heyvanlarla bağlı bir sıra suallar verilmişdir.

Əl-Sumariyaya istinadən cavablandırılmış sualları təqdim edir:

 

Sual: İçərisində qurudulmuş, mumyalanmış heyvan olan otaqda namaz qılmağın hökmü nədir? Məsələn əgər tülkü kimi bir heyvan olarsa?

 

Cavab: Heç bir maneəsi yoxdur. Lakin heykəl ( büst, şəkil) kimi bir şey olan yerdə namaz qılmaq məkruhdur. Namaz qılanın qarşısında olmasada belə.

 

Sual: Pişiklər yaş və ya quru olmaq etibarı ilə nəcis hesab olunurlarmı? Onlar bəla( xəstəlik) gətirən heyvanlardır?

 

Cavab: Xeyir pişiklər pakdır. Nəcisul-eyn (özü nəcis olan) yalnız it və donuzdur.

 

Sual: Qərb ölkələrində itlər üçün məşhur bir bazar vardır. İtlərə axtarış etmək və əylənmək üçün  onları satmaq və satın almaq mümkündürmü? İtlər ev heyvanı hesab olunurmu?

 

Cavab: İcazəli deyildir. Lakin əgər alıbsa özündən uzaqlaşdırmaq məqsədi ilə hər hansı bir malla dəyişə bilər.

 

Sual: Qoyunun başı bişirilir, bəziləri onun başındakı beynini yeyirlər, dilini və ya gözlərini yeyirlər, bu halaldı ya haram?

 

Cavab: Bütün bunlar halaldır. Lakin beyinin içində noxud boyda boz rəngli bir vəzi var onu yemək haramdır.

 

Sual: Biz balıqçılqla məşğul olan bir dəstə ovçuyuq. Bizim yanımızda itlərdə olur. Bəzən bilərəkdən və bilməyərəkdən bu itlərlə təmasımız olur. Bu itlər nəcis hökmündədirmi? Onlara toxunmaq və ağızlarından ovu almağın və evdə onları böyütmək barədə hökm nədir?

 

Cavab: Təlim keçmiş itlərlə digər itlər arasında bədəninin və ya ağzının köpüyünün ləms etməsi arasında fərq yoxdur. Nəcis olur.

İtlərin evdə saxlanılmasından çəkinin. Bu məkanları və əşyaları napak edir. Şərən vacibdir ki, yemək, namaz, içmək kimi şeylərdə ictinab edilsin. Bu həmçinin uşaqların tərbiyyəsinə də pis təsir edir.

İslaminSesi.info

 

Aşağıda it və pişik saxlanılması və digər heyvanlarla bağlı bir sıra suallar verilmişdir.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-21-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap