header

 PEYĞƏMBƏR (S) CANINI FƏDA ETDİ Kİ...

Biz Quranı sənə məşəqqət çəkməyin üçün nazil etmədik!

Heç bir ictimai məqam və vəzifə hidayət məqamı və cəmiyyətə rəhbərlik kimi dəyərli, eyni zamanda ağır deyildir! İnsan bütün əxlaqi gözəlliklərə və insani keyfiyyətlərə sahib olmayınca, bu məqama layiq görülə bilməz. İslam Peyğəmbəri (s) son peyğəmbər və gətirdiyi din cahanşümul olduğundan, o həzrətin peyğəmbərlik və rəhbərliyi də olduqca çətin idi. O həzrət öz vəzifəsini layiqincə yerinə yetirmək üçün çoxlu işgəncələrə məruz qaldı, əzab-zəiyyətlərə sinə gərdi, məşəqqətlərə dözdü. Öz gözəl əxlaqı ilə insanları İslam və imana dəvət etdi. Qurani-Kərimin bir neçə ayəsində ümmətin doğru yola yönəlməsi ilə bağlı o həzrətin nigarançılığına toxunulur. O cümlədən, “Tövbə” surəsinin 128-ci ayəsində buyurulur:

لَقَد جاءَكُم رَسولٌ مِن أَنفُسِكُم عَزیزٌ عَلَیهِ ما عَنِتُّم حَریصٌ عَلَیكُم بِالمُومِنینَ رَءوفٌ رَحیمٌ

Həqiqətən, sizə (mələklərdən və cinlərdən deyil,) özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyət və zərərə düşməyiniz ona ağır gəlir, o, sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, möminlərə çox mərhəmətli və mehribandır.”

Peyğəmbər (s) ümmətinin nicatı, islahı və hidayətinə təşnə idi. Agah və mehriban bir ata tək övladının səadət və xoşbəxtliyə, elmi kamala çatması üçün çox çalışdı. Övladının azğın yolda olduğunu görən ata, təbii ki, qəlbən ağrıyır, nigarançılığı artır. O həzrət bir hədisdə buyurur: “Mən və Əli bu ümmətin atasıyıq.” (“Biharul-ənvar”, 16-cı cild, səh.95, hədis 29.)

“Kəhf” surəsinin 6-cı ayəsində Peyğəmbərin (s) öz ümmətinin doğru yolda olmasına şiddətli əlaqə və sevgisin, təşnəliyindən söz açılır və buyurulur:

فَلَعَلَّكَ بَاخِعٌ نَفْسَكَ عَلَى آثَارِهِمْ إِنْ لَمْ یُوْمِنُوا بِهَذَا الْحَدِیثِ أَسَفًا

“(Ya Rəsulum!) Bəlkə (kafirlər) bu sözə (bu Qurana) inanmasalar, (səndən üz döndərib getdiklərinə görə) onların arxalarınca təəssüflənib özünü həlak edəcəksən?!

İlahi rəhbərlər belədir! Ümmətinin azğınlığından narahatdır və onların iman gətirməsinə təşnədirlər. Onlar insanlardan bəzilərinin azğın yolda olduqlarını gördükdə, gecə-gündüz, aşkar və gizlincə onları səadət və hidayət yoluna dəvət edirdilər. İslam Peyğəmbəri (s) bu istiqamətdə o qədər canfəşanlıq edirdi ki, bəzən canı təhlükə ilə üzləşirdi. Allah-Taala o həzrətə xəbərdarlıq edir ki, bu qədər canfəşanlıq lazım deyil, sən vəzifəni ən yaxşı şəkildə yerinə yetirdin, azğınların inadkarlığı və müxalifətinə görə qəmgin olma! Onlar haqqı qəbul etmirlərsə, yalnız özlərinə zərər yetirirlər. “Şüəra” surəsinin 3-4-cü ayələrində Öz Peyğəmbərinə xitabən belə buyurur:

لَعَلَّكَ بَاخِعٌ نَّفْسَكَ أَلَّا يَكُونُوا مُؤْمِنِينَ

“(Ya Rəsulum!) Onlar (Məkkə müşrikləri) iman gətirməyəcəklər deyə, özünü həlakmı edəcəksən?”

Allah-Taala bu ayədə Öz Peyğəmbərinə (s) başa salır ki, təlim, təbliğ və dəvətində əsla səhlənkarlığa yol vermədin, əzm və iradə ilə insanları İslama dəvət etdin. Əgər onlardan bəziləri səni qəbul etmirlərsə, onların özlərində irad var, qəlbləri qəsavət bağladığı, paslaşdığı üçün haqqı qəbul etmək istəmirlər. “Taha” surəsinin 2-ci ayəsində də Peyğəmbərə (s) belə buyurulur:

مَا أَنزَلْنَا عَلَيْكَ الْقُرْآنَ لِتَشْقَي

Biz Quranı sənə məşəqqət çəkməyin üçün nazil etmədik!”

İmam Əli (ə) “Nəhcül-bəlağə”də İslam Peyğəmbərinin (s) mədhində buyurur: “Peyğəmbər (s) haqqı (din və şəriəti) haqla (əqli və elmi dəlillərlə) aşkarladı, batilin və nadürüstlüklərin (cahiliyyət fitnələrinin) coşub-daşmasının önünü kəsdi, azğınlıqların hökmranlığını yox etdi. Vəzifəsinin ağırlığı onun öhdəsinə qoyulduqda, var gücü ilə dözdü, Sənin (Allahın) əmrinlə qalxdı (haqq olan dini, elm və maarifi camaata öyrətdi)İrəliyə keçmədən və geridə qalmadan, iradə və qərarında süstləşmədən Sənin razılığını qazanmağa (risalətin təbliğinə) tələsdi. Sənin vəhyini qorudu, əhd-peymanını saxladı və atəşi alovlandırana qədər (Allahı tanımaq, elm və biliklərini xalq arasında yayana qədər) Sənin fərmanının icrasına israr etdi, əyri yolda olanlara haqq yolu aşkar edib göstərdi. Fitnə və azğınlıqlara qərq olmuş ürəklər o həzrətin vasitəsilə doğru yola yönəldi. O böyük şəxs aydın nişanələri və şəriət hökmlərini ucaltdı...” (“Nəhcül-bəlağə”, 72-cü xütbə.)

O həzrət başqa bir xütbədə Peyğəmbəri (s) belə tərifləyir: “Peyğəmbər (s) öz tibbi və müalicəsilə (cürbəcür dərdləri müalicə etmək üçün xalqın arasında) həmişə gəzən (ruhani) bir təbibdir. Məlhəmlərini (elm və maarifini nadanlıq və azğınlıq qılıncı ilə yaralanmış ürəklərin yarası üçün) gücləndirərək hazırlamış, alətlərini (pis işləri qadağan etməyin və ilahi əzabla qorxutmağın atəşində) qızdıraraq basmışdır. Lazım olan hər yerdə məlhəmlərini, dağ çəkən alətlərini müalicəyə ehtiyacı olan yaralı yerlərin üstünə qoyar: (haqqı görməyən) kor qəlblərə, (haqqı eşitməyən) kar qulaqlara, (haqqı dinləməyən) lal dillərə. Bu ruhani təbib öz dərman və müalicələri ilə qəflət, nadanlıq, heyrət və sərgərdanlıq xəstəliklərinə əlac edir...” (“Nəhcül-bəlağə”, xütbə 108.)

Peyğəmbər (s) ruhi-mənəvi xəstələrin sorağını tutan bir təbib idi. Əgər ucqar bir məntəqədə bir nəfərin hidayətə qabilliyini bilsəydi, özünü ona yetirər, onu doğru yola dəvət edərdi.

Bəli, Peyğəmbər (s) canını fəda etdi ki, ümmət hidayət olunsun, doğru yola yönəlsin; canını fəda etdi ki, ümmət nadanlıq, azğınlıq və zəlalətdən qurtulsun; canını fəda etdi ki, insanın əbədi səadət və xoşbəxtliyinə xidmət göstərən ilahi maarif və həqiqətlər qəlblərdə yer tutsun!

Rza Şükürlü (Maide.Az)

admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars

Starts: 11-16-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
SiteMap