header

 Ermənistanın Gürcüstandakı səfirliyi qarşısında etiraz aksiyası keçirildi – FOTO

Ermənistanın Gürcüstandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib.

Tədbir metronun Marcanişvili stansiyası qarşısından yürüşlə başlayıb. Aksiyada Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda girov götürülmüş və separatçı Dağlıq Qarabağ rejiminin qeyri-qanuni məhkəməsi tərəfindən azadlıqdan məhrum edilmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq tələb olunub.

“Azərbaycanlı girovlara azadlıq!”, "Ermənistanın işğalına son!" şüarları altında keçirilən tədbirə azərbaycanlıların yerli təşkilatlarının nümayəndələri, azərbaycanlı fəal gənclər və tələbələr qatılıb.

Aksiyada iştirak edən D. Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib ki, artıq 4 ildir azərbaycanlı girovlar qanunsuz olaraq erməni girovluğunda saxlanılır. O qeyd edib ki, aksiyanın keçirilməsində məqsəd dünya ictimaiyyətini azərbaycanlı girovların taleyinə biganə qalmamağa çağırmaqdır.

Aksiyaya dəstək olan Rusiya vətəndaşı Svetlana Şaqayeva Rusiya prezidenti Vladimir Putini Ermənistan girovluğunda olan azərbaycanlıların  azad olunmasında vasitəçilik etməyə çağırıb:  "Rusiya vətəndaşının Ermənistanda 4 ilə yaxın girovluqda saxlanılması qanunsuzdur. Belə çıxır ki, Ermənistan Rusiyaya qarşıdır. Sarkisyan öz xalqının düşmənidir. Ermənistanda yalnız yaşlılar və uşaqlar qalıb, iqtisadi vəziyyət acınacaqlıdır. Ermənistan əhalisinin yarıdan çoxu Rusiyada işləyir və ailələrini saxlayırlar".

S. Şaqayeva yaşlı insanların qanunsuz həbsdə saxlanılmasını insanlığa sığmayan hal adlandırıb: "Onlar azadlığa buraxılmalı və doğmalarına qovuşmalıdırlar".

Tbilisi meriyası ilə razılaşdırılmış aksiya zamanı heç bir insident olmayıb.apa

Ermənistanın Gürcüstandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-16-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap