header

 Əli Əkbər Vilayəti: “Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”

Bu sözləri İranın ali lideri, ayətullah Seyid Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti gələn həftə Tehranda keçiriləcək “Əhli-beyt (ə) aşiqləri və təkfirçilik məsələsi” mövzusunda konfransa həsr olunmuş mətbuat konfransında APA-nın sualına cavabında deyib.

Ə. Ə. Vilayəti bildirib ki, Dağlıq Qarabağ münaqişəsi danışıqlar yolu ilə öz həllini tapmalıdır: “Biz Qarabağ məsələsinin həlli üçün siyasi danışıqları alqışlayırıq. Ümid edirik ki, regionun problemlərindən olan bu problem tezliklə danışıqlar yolu ilə öz həllini tapacaq”.
Ə. Ə. Vilayəti İran, Rusiya və Azərbaycan prezidentlərinin Tehran görüşünə toxunaraq hər növ regional əməkdaşlığı alqışladıqlarını söyləyib: “Həm Rusiya, həm də Azərbaycan bizim qonşumuzdur. Eyni zamanda, Azərbaycanla İranı bir-birinə bağlayan çoxlu tellər var. Çox az ölkə var ki, Azərbaycan və İran qədər mədəni, dini və tarixi müştərəkliyə sahib olsun. Bu səbəbdən həm Azərbaycan, həm də Rusiya ilə görüşlərin keçirilməsi çox faydalıdır”.

Bu sözləri İranın ali lideri, ayətullah Seyid Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti gələn həftə Tehranda keçiriləcək “Əhli-beyt (ə) aşiqləri və təkfirçilik məsələsi” mövzusunda konfransa həsr olunmuş mətbuat konfransında APA-nın sualına cavabında deyib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-15-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap