header

 Nardaranda iki polis həlak oldu

Bu gün səhər saatlarında Nardaran iki nəfərin ölümü ilə baş verən avtomobil qəzası baş verib

Çevik Polis alayının əmədaşı olan polis işçiləri Nardaranda posta gedərkən qəzaya düşüblər. Avtomobil idarəetməni itirirək divara dəyib. Hadisə zamanı hər iki polis zərbənin təsirindən həlak olub.
lent.az-a istinadla xəbər verilir ki, Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayına məxsus olan 90 AP 23 dövlət qeydiyyat nişanlı "FİAT Doblo" markalı xidməti avtomobil idarəetmədən çıxaraq hasara çırpılıb. Nəticədə avtomobili idarə edən polis əməkdaşı Kərimov Qoşqar Salman oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb. Digər polis əməkdaşı Məmmədov Elnur Eldar oğlu isə xəstəxanaya aparılarkən yolda vəfat edib.
Hadisə nəticəsində daha bir polis əməkdaşının ağır xəsarət aldığı bildirilir. O, xəstəxanaya yerləşdirilib.
Bildirilir ki, polislər xidməti əraziyə gedərkən qəzaya düşüblər.
Faktla bağlı araşdırma aparılır.

Bu gün səhər saatlarında Nardaran iki nəfərin ölümü ilə baş verən avtomobil qəzası baş verib
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-14-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap