header

 Məhkəmə BDU tələbəsinə pul cəzası kəsdi -

Noyabrın 8-də Yasamal rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə BDU-nun İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadənin həmin fakültənin 4-cü kurs tələbəsi Zəka Mirağayevə qarşı qaldırdığı iddia əsasında keçirilən məhkəmə prosesində hakim A. Tağıyev hökm oxuyub.

Belə ki, hakim CM-nin 148-ci maddəsinə (təhqir) dair şikayət üzrə cinayət işi üzrə icraata xitam verib və CM-nin 147-ci maddə (böhtan) ilə hökm elan etdi. Hökmə əsasən Mirağayev qazancının 15 faizini dövlət hesabına ödəmək şərtilə islah işlərinə məhkum edilib.
Qeyd edək ki, N.İsmayılzadə BDU-nin İlahiyyat fakültəsinin dekan müavinidir. Fakültənin 4-cü kurs tələbəsi Z.Mirağayev müsahibəsində dekan müavininin tələbələrdən rüşvət aldığını deyib. Bundan sonra N.İsmayılzadə xüsusi ittiham qaydasında şikayət verərək, məhkəməyə müraciət edib. O, Z.Mirağayevin CM-nin 147.2 (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) CM-nin 148 (təhqir) maddələri ilə məsuliyyətə cəlb edilməsini istəyir. İyulun 10-da Yasamal rayon Məhkəməsi Mirağayevin axtarışa verilməsi barədə qərar çıxarıb. Qərarın icrası Yasamal Rayon Polis İdarəsinə həvalə olunub. Zəka Mirağayev tapılıb gətirilənə qədər məhkəmədə bu işin icraatı dayandırılıb. Zəka Mirağayev ötən məhkəmə iclasından sonra mətbuata bildirmişdi ki, məhkəmənin BDU rəhbərliyinin təzyiqi altında ədalətsiz qərar çıxaracağına və doğruları dilə gətirdiyinə görə həbs olunacağına əmin olduğundan ölkəni tərk edib. Oktyabrın 23-də Zəka Mirağayev Gürcüstandan Bakıya qayıdarkən aeroportda saxlanılıb və polisə təhvil verilib. Bir müddət sonra isə buraxılıb.

Noyabrın 8-də Yasamal rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə BDU-nun İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadənin həmin fakültənin 4-cü kurs tələbəsi Zəka Mirağayevə qarşı qaldırdığı iddia əsasında keçirilən məhkəmə prosesində hakim A. Tağıyev hökm oxuyub.
Admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-12-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap