header

 Şəxsən Siyavuşa dövlət niyə maaş verməlidir

Deyirəm az maaş almaq dini işlərlə məşğul olanların sanki alnına yazılıb. Siyavuş Novruzov da Milli Məclisin nəsə dini işlər üzrə nəyinsə nəyidir.

Azərbaycanda maaş azlığından şikayət edən az deyildi, YAP-çı Siyavuş Novruzov da şikayətlənməyə başlayıb. O çıxışlarının birində deyib ki, deputatın aldığı maaş azdır. Gərək maaşı qaldırılsın. Sözarası özünü gözə soxmaq üçün də qeyd edib ki, deputatxanada sən demə elə adamlar var ki, onlar daha çox əziyyət çəkir, işləyirlər və maaşları qaldırılmalıdır. Bu özü bir jestdir, yəni demək istəyir ki, mən cəhənnəmə, elə adamlar var doğrudan da iş görürlər axı.
Deyirəm az maaş almaq dini işlərlə məşğul olanların sanki alnına yazılıb. Siyavuş Novruzov da Milli Məclisin nəsə dini işlər üzrə nəyinsə nəyidir. Əslində nə olması mühüm deyil. Çünki Siyavuş kimilərin vəzifəsi bu ölkədə heç zaman mühüm olmayıb. Sadəcə vəziyyət elə gətirib ki, yerlər boş qalmasın deyə YAP-a sadiq adamların şahmat daşları kimi ancaq yerləri dəyişilib.
Adam doğrudan da lazımlı adamdır. Əlbəttə dövlətə yox, xalqa ki dünəndən lazım deyil. Sadəcə bəzi işlər var ki, o işlərdə Sivayuş danışanda daha çox gülməli çıxır. Hakimiyyət özü onu qovmur ki, xalqın qəzəbi cuşa gələndə Siyavuş Novruzov çıxıb "kuklalar" verilişindəki kimi xalqı güldürsün.
Adam əməlli-başlı xalqın "nervisi" ilə oynayır. Adamı yandıran odur ki, deputatın maaşının qaldırılmasını da istəyən olarmış? Əşşi utanmasan oynamağa nə var ki? Gərək utanmayasan. Çünki utananın oğlu olmur. Utanmamalısan ki, oğlun olsun, oğlun olsun ki, sabah böyüyüb atasının adını "qudurğan məmur balaları" siyahisinə yazsın.
Güya deputat bu ölkədə nə işlə məşğul olur ki? Deputatın maaşı niyə qaldırılmalıdır. Siyavuş Novruzov da başda olmaqla deputatların böyük əksəriyyəti heç bir işlə məşğul olmur. Sanki bekarçılıqdan gəlib orada oturublar. Zatən hakimiyyət hərəsinin bir "xidməti" müqabilində deputatlara deputatxanada yer verib. Deputatxanada aldıqları maaşı heç bir iş görmədən alırlar, hələ bir deyinirlər də. Bədbəxtçilik budur ki, həm aldığın maaş sənə haram olsun. Həm də haram olduğu halda niyə az haram yeyirəm deyə şikayətlənəsən.
Düzünə qalsa Azərbaycanda adi süpürgəçi də şəxsən Novruzovdan çox xeyir verir vətənə. Süpürgəçinin maaşı qaldırılmalıdır. Nə üçün Novruzov süpürgəçilərin maaşının qaldırılmasından danışmır.
Əlbəttə, o elə bilir ki, indi o və onun kimi tiplər deputatxanada nəsə ciddi bir işlə məşğuldurlar. Axı Azərbaycanda Milli Məclis deyərkən ilk ağıla gələn Məmmədəmin Rəsulzadə və onun silahdaşları olan millət vəkilləri olur. Yəqin Novruzov da özünü o kişilərdən biri hesab edir. Amma məlum məsələdir ki, o kişilər heç nədən dövlət quran kişilər olublar, Siyavuş kimilər isə hazır dövlətin təməlini qazıyan adamlardan biridir.
Başqa bir məsələ bundan ibarətdir ki, hazırda bir sıra deputatlar deputatlıqdan əlavə başqa işlərlə də məşğul olurlar. Məsələn, bizneslə, ailə ticarəti ilə, yaltaqlıqla, hətta bəzi deputatların deputatlıqdan savayı başqa rəsmi vəzifələri də var. Məsələn, Mübariz Qurbanov həm DQDK sədridir, həm deputatdır. Əli Əhmədov, Əli Həsənov, Ramiz Mehdiyevlər həm deputatdır, həm də prezidenin köməkçiləridir. Hadı Rəcəbli, Astan Şahverdiyev, Hüseynbala Mirələmov kimilər həm deputatdır, həm də orda-burda dükanları, bazarları, nə bilim restoranları filan var. Kişilər bilirlər ki, deputatxana onların yeri deyil, zatən deputatxanada görüləsi iş də yoxdur. Bu saat ora Zərdüşt Əlizadə demişkən sirki yaxud zooparkı xatırladır. Ona görə də adları çəkilən deputatfason insanlar gedib özlərinə başqa yerdə gün ağlayırlar. Siyavuş isə qəzetlərə, saytlara ağlamağa başlayıb.
Düzdür, maaşların qaldırılması öz-özlüyündə yaxşı haldır. Məsələn, Azərbaycanda ən məşhur sözlərdən biri budur ki, müəllimlərin maaşları az olduğu üçün onlar məktəbdə həvəslə dərs demir, şagirdi, tələbəni özləri "ilişdirir", savadsız yetişmələrini təmin edir və onlar da məcbur qalıb dərsdən əlavə hazırlıq üçün də həmin müəllimə müraciət edirlər. O zaman dövlətin məktəbi nəyə lazımdır? Hələ bu cəhənnəmə, üstəlik bir çox müəllimlər məktəbdə saf uşaqlara mənəviyyətdən danışdıqları halda ilin bəzi günlərində (seçki günləri nəzərdə tutulur) təhsil ocağını fırıldağ ocağına çevirirlər. İnanın ki, məktəbdəki mələksima müəllimələri seçki günü tanımaq olmur. (Əlbəttə əvvəllər olmurdu, artıq bu barədə ölkəmizin hətta ibtidai sinif şagirdinin belə bir ağsaqqalın yaşı qədər təcrübəsi var. O, sinfə daxil olan kimi bilir ki, müəlliməsinin adı "karusel" Suğradır) İstər onlara artıq maaş və xoş gələcək vəd ver, istərsə də aldığı 250-300 manat maaşı əlindən almaqla hədələ, eyni şeydir. Nəhayətdə az maaşından olmaq istəmir deyə min cür fırıldaqlara göz yumur. Çünki seçki günü məktəb o təmiz-gül balaların tərbiyə-təlim mərkəzi deyil, Hacıbala Abutalıbov demişkən mələklərin iblisə döndükləri yerdir. O reklamda dediyi kimi, ac ikən sən sən deyilsən. Seçki günü hansı müəllimə müəllimədir ki?
Sonda onu da deyim ki, Siyavuş kimi insanlar da etiraz edirsə görünür vəziyyət həmişəkindən daha ağırdır. O da bir insandır. Gözəl bilir ki, kimlər bu ölkədə ailə biznesləri qurub və xalqın sərvətini ata malı kimi dağıdır. Digər tərəfdən də görür ki, onun heç bir əməyinə qiymət verilmir. Adam illərdir yaltaqlıqla məşğuldur. Əgər sarayda yaltaqlar müsabiqəsi keçirilsə ən azından ilk üç yerdən biri Siyavuşundur. Amma elə uzun illərdir ki, deputatdan başqa heç nə ola bilmir. Məgər onun nazir olmaq ləyaqəti yoxdurmu? Kimdən artıqdır ki?
Hakimiyyət bu yerdə ayıq-sayıq olmalıdır. Novruzov kimilərin ağzını yummaq gərəkdir. Yoxsa digər deputatlar da onu görüb təbə gələcəklər. Hər yerdə qiyamı yatırtmaq olar, amma deputatxanada qiyam qalxsa, dalıyca qiyamət qopacaq.

Admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars

Starts: 11-12-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
SiteMap