header

 “Həririnin həbsi ilə Səudiyyə Livana açıq müharibə elan edib” – Hizbullah baş katibi Seyid Həsən Nəsrullah

Livanın Hizbullah təşkilatının baş katibi Seyid Həsən Nəsrullah bildirib ki, Səudiyyə Ərəbistanı rəhbərliyi Livanın baş naziri Səad Həririni girov götürməklə və onu istefa verməyə vadar etməklə Livana qarşı açıq-aydın müharibə elan edib.

Seyid Həsən Nəsrullah bu gün Cümə namazından sonra Ərbəin günü və Hizbullah şəhidlərini anım günü münasibətilə telekörpü vasitəsilə Livan paytaxtı Beyrutda çıxış edib. Livan baş nazirinin istefasına münasibət bildirən Nəsrullah qeyd edib ki, 47 yaşlı hökumət başçısı ər-Riyada müşavirlərlərinin müşayiəti olmadan dəvət olunub və Livan hökumətinə rəhbərlikdən istefaya vadar edilib.
Nəsrullah vurğulayıb ki, Səudiyyə rəsmiləri Livanın daxili işlərinə kobud şəkildə müdaxilə etməküçün kampaniya başladıb və Həririnin istefa bəyənatı ona Səud rejimi tərəfindən diktə edilib, hazırda o ev həbsində saxlanılır. “Həriri hazırda Səudiyyə Ərəbistanında ev həbsindədir və ölkəsinə qayıda bilmir. Səudiyyə öz istədiyi kimi Livan hökuməti ilə davranmaq istəyir. Onlar Livanda müxtəlif siyasi qruplar arasında təfriqə toxumları səpmək istəyir və onları qarşı-qarşıya qoymaq istəyir”, – deyə Hizbullah baş katibi bildirib.
Nəsrullah həmçinin qeyd edib ki, Səudiyyə Ərəbistanı Livana qarşı birgə müharibəyə başlamaq üçün İsrail rejiminə müraciət edibvə bu məqsədinə çatmaq üçün milyardlar xərcləməyə hazırdır. O qeyd edib ki, İsrail rejimi hazırda bunu diqqətdən keçirir.
“Səudiyyə Ərəbistanı Hizbullah ilə mübarizə adı altında Livanı məhv etməyə çalışır. Məhz onlar 2006-cı ildə Livana qarşı İsrail rejiminin apardığı müharibənin memarlarından olub. Bizə çatan dəqiq məlumatlara görə, Səudiyyə İsrailə Livana qarşı birgə müharibəyə başlamağı təklif edib. Lakin, sionist rejim Hizbullahı zəiflətmək və sonra həmlə etmək istəyirlər. Onlar bilsinlər ki, Hizbullah indi ən güclü dövrünü yaşayır”,- deyə Nəsrullah vurğulayıb.
Hizbullah baş katibi həmçinin Səudiyyə rejiminin Həriri ilə bu formada davranmasını kəskin pisləyib və qeyd edib ki, Livan hökumət rəhbərinə qarşı həqarət Livan xalqına və siyasi çevrələrinə qarşı həqarətdir. “Səad Həririyə tez bir zamanda Livana qayıtmağa icazə verilməlidir. Livan baş naziri Səudiyyənin hansısa gizli bir yerində saxlanılır. Onun istefası qanunsuzdur və heç bir mahiyyət daşımır, çünki, təzyiq altında verilib”, – deyə Hizbullah baş katibi əlavə edib.
Hizbullah baş katibi həmçinin vurğulayıb ki, İsrail rejimi yalnız Səudiyyənin maliyyələşdirdiyi təkfirçiləri Livanla müharibəyə göndərə bilər, lakin, onların İraq və Suriyadakı bu istiqamətdə bütün planları alt-üst olub və onlar indi bunun qisasını almaq istəyirlər: “”Səudiyyə Ərəbistanı İran ilə qarşıdurmadan qorxur və onların əvəzinə “Hizbullah”dan qisas almaq istəyir. İran heç bir zaman Livanın daxili işlərinə müdaxilə etməyib”, – deyə təşkilatın baş katibi bildirib.
Səudiyyə rejiminin Yəməni bombardman etməsinə də münasibət bildirən Nəsrullah qeyd edib ki, Səudiyyə burada da uzunmüddətli müharibə aparmasına baxmayaraq heç bir məqsədinə çatmayıb. O vurğulayıb ki, Hizbullah və ya İranı Yəmənə raket verməkdə ittiham etməsi, Səudiyyənin Yəmənin gücünü hələ lazımınca qiymətləndirə bilməməsindən xəbər verir. Hizbullah baş katibi vurğulayıb ki, onlar sona qədər Səudiyyənin cinayətləri müqabilində Yəməni dəstəkləyəcəklər.

Livanın Hizbullah təşkilatının baş katibi Seyid Həsən Nəsrullah bildirib ki, Səudiyyə Ərəbistanı rəhbərliyi Livanın baş naziri Səad Həririni girov götürməklə və onu istefa verməyə vadar etməklə Livana qarşı açıq-aydın müharibə elan edib.
Admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-12-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap