header

 Ustad Füruğinin məhzərində : Allahın insana təcəllisi

Ustad Füruğinin məhzərindəAllahın insana təcəllisi

İnsan hər hansı gözəl xüsusiyyətlə zinətlənərsə, Allah da həmin xüsusiyyətə uyğun olaraq ona inayət edir. Yəni biz özümüzdə nə qədər yaxşı xüsusiyyət toplasaq, Allah həmin sifətlərlə bəndəsinə təcəlli edir. Hansı həddə kamal sifətlərimiz olsa, həmin həddə də Allahın feyzi nazil olur. Əgər on gözəl xüsusiyyət özümüzdə toplasaq, Allah tərəfindən insan üçün on yerdən feyz və inayət yolu açılacaq. Quran buyurur:

وَ لْيَعْفُوا وَ لْيَصْفَحُوا أَ لاتُحِبُّونَ أَنْ يَغْفِرَ اللَّهُ لَكُمْ وَ اللَّهُ غَفُورٌ رَحيم

“(Onları) əfv edib, (cəzalandırmaqdan) vaz keçsinlər! Məgər siz (bu yaxşılıq müqabilində) Allahın sizi (günahlarınızı) bağışlamağını istəmirsiniz? Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir!” (1)

Bir-birinizin eyblərinə göz yumun, daha başqalarının eybini axtarmaq üçün gecə-gündüz izləməyin. Bu məsələ işləri korlayır. Bir nəfərin özümüzdən bir addım irəlidə olmasını görəndə belə güman edirik ki, onun işini korlasaq, özümüz yüksələrik.

Əmir əl-möminin (ə) buyurur: “Qeybət etmək zəif insanların işidir”. (2)

Bacarıqlı və irəliləmək üçün gücü olan şəxs qeybət etmir.

Həsəd və digər çirkin xüsusiyyətlər də belədir.

İnsanın dəyəri onun əxlaqı ilədir

İnsanın məharət və hünəri onun əxlaqının gözəlliyindədir. Əmir əl-möminin Əli (ə) buyurur: “Hər bir şeyin dəyəri vardır. İnsanın dəyəri onun gözəl əxlaqa malik olmasıdır”. (3)

Bir şəxsin dəyərini bilmək istəyirsinizsə, görün nə edir? Onun gözəl işinə dəyər verin.

Gözəl işləri öz canımız barədə də həyata keçirməliyik. Özünün dəyərini bilmək istəyirsənsə, gərək görəsən ki, nə əldə etmisən və özün üçün nə iş görmüsən?!

Belə deyirlər ki, Teymurləng hamama getmişdi. Kisəçəkənə deyir: – Mənim dəyərim nə qədərdir? Dedi: – On dinar. Teymur dedi: – Çox insafsızsan. Elə mənim belimə bağladığım fitənin qiyməti on dinardır. Kisəçəkən dedi: – Elə mən də fitənin qiymətini dedim.

Yəni sənin özünün heç bir dəyərin yoxdur.

Özünü ölçmək

Bəzən insan özünü tərəziyə qoymalı və görməlidir ki, onun geyimindən, hay-küyündən başqa bir dəyəri varmı? Ona bir dəyər verən olarmı?

Xəlvətə çəkil və özünə dəyər ver. Deyiblər: “İnsan aləmdə hər bir şeyin tərəzisi və meyarıdır”. Yəni aləmdəki hər hansı bir şeyə qiymət vermək istəsək, onun insan üçün faydasını nəzərə almalıyıq və görməliyik ki, insanın ondan nə qədər asılılığı vardır.

Bəs insanın tərəzi və ölçü meyarı nədir ki, onun vasitəsilə Allahdan varımızı ala bilək?

İnsanın ölçü meyarı “kamil insandır”. Əmir əl-möminin Əinin (ə) ziyarətnaməsində oxuyuruq: “Salam olsun əməllərin meyarına!” (4)

Yəni bizi Əmir əl-möminin Əlinin (ə) vücudunda qərar verərək, o həzrətlə ölçürlər.

Adın həqiqətini axtar

Şeyx Əli Zahid Qumu mərifət əhli idi. O, Molla Hüseynqulu Həmədaninin şagirdlərindən idi. Bir gün Əmir əl-möminin Əlinin (ə) hərəmində Molla Hüseynqulu ilə görüşür. Ustad ondan soruşur:

– Adın nədir?

– Əli.

– Bu günbəz sahibinin də adı Əlidir. De görüm, Əlidə (ə) olan xüsusiyyətlərdən səndə də varmı?

li adı çoxdur. Ancaq məzmunsuz! Əlidə (ə) olan xüsusiyyətlərdən bizdə də varmı?

Adın həqiqi mənasının ardınca olmaq lazımdır, hərfi mənasının yox.

İlahi əxlaqa malik olmaq

İlahi əxlaqlara yiyələnmək lazımdır. Hədisdə buyurulur: “İnsanın həqiqi surəti Allahın ən böyük höccətidir”. (5)

İnsan ilahi işlər görə bilər. Yəni Allahın gözəl sifətləri ilə zinətlənər və nəticədə tövhidi bir şəkilə düşər, kamil insan olar. Kamil insan “mislullahdır”. Çünki Allahda olan bütün sifətlərdən onda da vardır və bunun sonu yoxdur.

İnşallah, Allah tövfiq versin ki, o kamal sifətləri hamımızın vücudunda zühur etsin.

Ustad Füruğinin məhzərindəAllahın insana təcəllisi
Admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-11-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap