header

 Daha 3 xarici şirkət Azərbaycandan gedir

Niderlandın "Witteveen+Bos Azerbaijan B.V." şirkəti Bakı nümayəndəliyini bağladığını elan edib.

Bu həftə daha iki şirkət Azərbaycanda fəaliyyətini dayandırdığını bildirib. Məlumatı "Turan" yayıb.
"Witteveen+Bos Azerbaijan B.V." şirkəti Ələtdə Yeni Bakı Dəniz Limanının tikintisində, eləcə də Böyük Şor gölünün təmizlənməsi və yenidən qurulmasında iştirak edib. Bu işlər yüz milyonlarla dollar qiymətləndirilir. Şirkətin nümayəndəliyi Bakıda 2014-cü ildən fəaliyyət göstərib.
"Bushi Consulting Limited" Vircin (Britaniya) adalarının rezidentidir. Ofşor şirkətin filialı Bakıda 2008-ci ilin sonunda yaradılıb. Bu illərdə nə ilə məşğul olduğu və kimə məxsus olduğu bilinmir.
"Hagavi Company" MMC 2016-cı ilin sentyabrında qeyri-rezident Həmid Xacavi İbrahim tərəfindən 10 manat kapitalla yaradılıb. Fəaliyyəti barədə heç bir məlumat yoxdur.
Bunlar son bir neçə ildə Azərbaycanı tərk edən ilk şirkətlər deyil.
Ötən ay Belçikanın “Ravago Distribution Center”, Almaniyanın “Bioworks AG” şirkətləri Azərbaycandakı fəaliyyətlərini dayandırdıqlarını elan ediblər.
İsveçrənin yuyucu vasitələr istehsalçısı “Colgate-Palmolive” şirkətinin Azərbaycandakı nümayəndəliyi sentyabrın 15-dən ləğv olunduğunu açıqladı.
Bundan əvvəl isə Böyük Britaniyanın “Lloyd”s Register Inspection Limited” və “Vvipson Capital Management UK Limited” şirkətləri də Azərbaycandan gedib.
“Lloyd”s Register Inspection Limited” şirkətinin baş ofisi Böyük Britaniyanın paytaxtı Londonda yerləşir. Şirkət sənayenin müxtəlif sahələrində təhlükəsizlik xidmətləri təklif edir.
“Vvipson Capital Management UK Limited” isə konsaltinq və vəsaitlərin idarə olunması xidmətlərinin təklifi ilə məşğuldur.
“Champion Technologies Russia & Caspian BV” şirkəti də Azərbaycandakı filialını bağlayıb. Şirkət 2004-cü ildən Bakıda fəaliyyət göstərib və xüsusi reagentlərin geniş çeşidini təqdim edirdi. Neft-qaz sənayesində yaranan texniki problemlərin həlli ilə məşğul olurdu. Təsisçisi Texasın CS-US Holdings, Inc (ABŞ) şirkəti idi.
Azərbaycanda 23 illik iş təcrübəsi olan Türkiyənin “Seha” şirkəti də bağlananlar sırasındadır. O, elektrik malları və elektrik avadanlığı satırdı. Şirkətin sahibi Bahri Tupuz “Hizmet” hərəkatı ilə əməkdaşlıqda ittiham edildi.
2016-cı ildə Azərbaycanda 20 illiyini qeyd edən “Nil Kitap Kirtasiye Sanayi Ltd. Sti.” şirkəti də “Hizmet” hərəkatı ilə əlaqələndirildi. O, sonradan adını dəyişərək
“Axent Kirtasiye” MMC-yə çevrildiyini elan etdi. Şirkətin dəftərxana mallarının satışı üzrə mağazalar şəbəkəsi var.
Britaniyanın “Wicklow Corporate Services Limited”, İsveçrənin “Man Oil Group AG” şirkətləri də bir müddət öncə Azərbaycandan gedib.
Britaniya şirkətinin filialı Azərbaycanda 2007-ci ildən fəaliyyət göstərirdi. Ötən il bu şirkətin sahibi Səid Alum Bitinin Amerika Ticarət Palatasının üzvlərindən biri ilə şəxsi münaqişəsi olmuşdu. İş məhkəməyə qədər gedib. Nəticədə şirkət Amcham-dan çıxarılıb.
İsveçrənin “Man Oil Group AG” şirkətinin filialı isə 2011-ci ildə neftlə çirklənən əraziləri ən yeni texnologiyalarla təmizləmək üçün yaradılmışdı.
Ekspertlər bir sıra xarici şirkətlərin ölkədən getməsinin səbəblərindən biri kimi, Vergilər Məcəlləsinə tez-tez dəyişikliklərin edilməsini göstərirlər.
2016-cı il dekabrın 16-da Milli Məclis Vergi Məcəlləsinə 200-dən çox dəyişikliyi qəbul etdi. Vergi Məcəlləsinə 115 yeni maddə əlavə olundu, 83 dəyişiklik edildi.
Həmin vaxt iqtisadçı Natiq Cəfərli Meydan TV-yə demişdi ki, normal iş adamı, xarici investor dəyişikliklərin məğzi bir qırağa, eşitsə ki, Məcəlləyə 115 yeni maddə əlavə edilib, dabanına tüpürüb ölkədən qaçar - necə ki, son zamanlarda onlarla xarici şirkətin nümayəndəlikləri bağlanır, otel bredlərinin adları binalardan silinir.

Admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars

Starts: 11-11-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
SiteMap