header

 Şərti azad edilmiş Faiq Əmirlidən məhkəmə 39 min manat vergi borcunun ödənilməsini tələb edir

“Azadlıq” qəzetinin sentyabrda həbsdən şərti azad edilmiş yayım direktoru, AXCP sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirli noyabrın 8-də Səbail rayon Məhkəməsin icra şöbəsinə çağırılıb.

İcra şöbəsində həmçinin ona şöbənin müvafiq qərarı təqdim edilib. Qərar “Azadlıq” qəzetinin yayım direktorunun vergi borcunun ödənilməsi ilə bağlıdır.
Qərarda göstərilir ki, Səbail rayon Məhkəməsi bu il iyulun 24-də F.Əmirlidən 39 min 21 manat məbləğində pul vəsaitinin tutulması barədə icra vərəqəsi göndərib.
F.Əmirliyə bildirilib ki, noyabrın 6-da həmin icra sənədi üzrə icraata başlanılıb. F.Əmirli 10 gün müddətində göstərilən məbləğin ödənilməsini təmin etməli, ödəniş qəbzini məhkəməyə təqim etməlidir. F.Əmirli bunu etməyəcəyi təqdirdə, onun əmlakı üzərinə həbs qoyula, satışa çıxarıla bilər. Belə olan halda, F.Əmirlidən əlavə olaraq, icra xərcləri və 7 faizlik məcburi icra ödənişi tutula bilər.
“Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirli Meydan TV-ə bildirib ki, onun bu məbləği ödəmək imkanı yoxdur:
“Mən izahatımda da yazıb bildirdim ki, heç yerdə işləmirəm. Həmin məbləğin əmlakdan tutulması ilə bağlı isə izahatıma da qeyd etdim ki, mənim heç bir əmlakım yoxdur. İşləyəndə o pulu ödəyəcəyəm. Vəkillərlə qərara aldıq ki, Ali Məhkəməyə müraciət edəcəyik. Ali Məhkəmənin qərarını gözləyəcəm".
Faiq Əmirli ötən 2016-cı il avqustun 20-də saxlanıb. O, əvvəlcə Cinayət Məcəlləsinin dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə və milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması maddələri ilə ittiham olunurdu. Bu ittihamların bəziləri məhkəmə öncəsi onun üzərindən götürülüb.
F.Əmirli yekun olaraq CM-nin xeyli miqdarda vergidən yayınma və qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət, düşmənçiliyin salınması maddələri ilə ittiham edilib.
O, 3 il 3 ay azadlıqdan məhrum edilib, vergidən yayınmaga görə cərimələnib. Bu il sentyabrın 15-də Bakı Apelyasiya Məhkəməsi onun barəsindəki qərarı dəyişib. Qərara əsasən, Faiq Əmirliyə münasibətdə CM-nin şərti məhkumetmə maddəsi tətbiq olunub. Səbail Rayon Məhkəməsinin hökmü ilə ona verilmiş 3 il 3 aylıq həbs cəzasının 2 il 2 ay beş günü şərti hesab olunub, ona üç il sınaq müddəti təyin olunub. F.Əmirli məhkəmə zalından azadlığa buraxılıb.
AXCP F.Əmirlinin həbsini siyasi sifariş sayır. F.Əmirlinin həbsindən sonra “Azadlıq” qəzetinin çapı dayanıb, qəzetin bir sıra əməkdaşları prokurorluğa çağrılıb, ifadələri alınıb.

Admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars

Starts: 11-11-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
SiteMap