header

 Azərbaycanda Aşura möcüzəsi-Səməd Həsənzadə

1991-ci ildə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bu ölkənin şiələri hökumətin sekular olmasına, hakimiyyət tərəfindən ciddi və çoxlu məhdudiyyətlərə baxmayaraq, daima öz əsli kimliklərinə və dini dəyərlərə qayıtmaq yolunda addımlayıblar

Bu istiqamətdə dini proqramlarda, xüsusilə də məhərrəm ayına aid mərasimlərdə iştirak etmək Azərbaycan xalqının yanaşamasını dəyərləndirən ən mühüm meyar hesab olunur. Azərbaycan xalqının ötən illərdə məhərrəm mərasimlərində iştirakı prosesini araşdırdıqda onun bu sahədə ümumi irəliləyişdə oluduğu görünür. Amma xalqın bu il keçirilən məhərrəm mərasimlərdə iştirakı ötən illərə nisbətən daha mənalı idi. Belə ki, bu ilin məhərrəma ayında, əsasən də Aşura günü əhalinin möhtəşəm, əzəmətli, müstəsna və çox geniş iştirakı Azərbaycan məsələləri üzrə ekspertləri çox heyrətləndirdi, hətta bəziləri onu “Aşura möcüzəsi” adlandırdı. Azərbaycanda bu il Aşura mərasimlərində əhalinin iştirakını bəlkə də İranda keçirilən mərasimlər səviyyəsində hesab etmək olar. Bu mühüm hadisə Azərbaycan hakimiyyətinin son illərdə dini mərasimlərə qarşı daha məhdudedici və daha ağır qanunlar təsdiq etdiyi, islamçılarla daha zalimcasına və repressiv davrandığı bir vaxtda baş verir.
Bu il baş tutan bənzərsiz və möhtəşəm məhərrəm mərasimləri o qədər nəzərə çarpacaq səviyyədə idi ki, Azərbaycan hökumətinin keçmiş rəftarına və təcrübələrə əsasən, onun rəsmilərinin mənfi reaksiyası gözlənilən və xas hərəkətləri aydın məsələ idi. Dərhal təhlükəsizlik ekpsertləri və parlamentin vəziyyəti məlum deputatları meydana daxil oldu, yersiz, əsassız açıqlamalar verməklə, tələsik layihələr təqdim etməklə, mediada islamçılara qarşı geniş əks-təbliğata qalxdılar. Bu nümayəndələr öz açıqlamalarında uşaqların istismarından, onların vəhşiliyə, cəhalətə, xurafata və nadanlığa sövq edilməsindən söz açdılar, İslamın təzahürü olan hicab və çadraya hücum etdilər, hicablı qızları Suriyadakı kamikadzelərə bənzətdilər. Habelə, islamçıları radikalizmdə ittiham etdirək onları İŞİD terrorçuları ilə müqayisə etməklə bir tərəfdən ictimai rəyi onlara qarşı qaldırmağa təlaş etdilər, digər tərəfdən də qəribə təkliflər irəli sürməklə övladlarını əzadarlıq mərasimlərinə aparan valideynlərə qarşı cəza tətbiq edilməsi üçün zəminə yaratmaq istədilər. Beləliklə, Azərbaycanın parlamenti ciddi şəkildə məsələyə qarışdı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aşura mərasiminə qarşı siyasi və media atmosferi yaradaraq uşaqların və yeniyetmələrin bu mərasimdə iştirakını qadağan edən “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında” qanuna dəyişiklik layihəsini təcili olaraq tənzimlədi ki, bu qanuna əsasən öz övladlarını Aşura mərasiminə aparan valideynlər qəyyumluq hüququndan məhrum ediləcək.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti bildirdi: “Qanunlarda boşluqları nəzərə almaqla valideynlərin qanuni məsuliyyətləri artırılmalıdır və qanunlar beynəlxalq konvensiyalara uyğun olmalıdır”. Komitə həmçinin bildirib ki, kütləvi mərasimlərin təşkili zamanı uşaqların mənafelərinə raiyət məsələsi mümkün olacaq. Bu layihə Prezident Administrasiyasına təqdim olunub və gələcəkdə Milli Məclisdə müzakirə olunacağı gözlənilir”.
Deputatların fikir bildirməsindən və yaxın gələcəkdə mümkün təcili hərəkətlərindən əlavə, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayılın açıqlamalarına da işarə etmək olar. Ekspert xəbərdarlıq edir ki, İranda quruluş necədirsə, bizdə də o cür olacaq. O, açıqlamasının davamında deyir: “Aşura mərasimi Azərbaycanın müxtəlif bölgələrində keçirildi. Şiə müsəlmanları bu günü Peyğəmbərin nəvəsi İmam Hüseynin qətlə yetirildiyi gün kimi xatırlayırlar. Aşura günü diqqəti çəkən mövzu məscidlərdə qara çadralara bükülmüş uşaqlar idi. Fotolardan da göründüyü kimi hətta ağzında əmzik olan körpə qız uşağı da bu mərasimə aparılıb. Görünür ki, qara çadra onun əyninə biçilərək hazırlanıb. Bunun mənası odur ki, az yaşlı uşaqlar da gündəlik həyatlarında qara çadradan istifadə edirlər. Bu mövzu sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəziləri bunu dəstəkləyir, bəziləri də tənqid edir. Amma müşahidələr göstərir ki, uşaqların dini təbliğata vasitə olmasını qəbul etməyənlər çoxdur”.
İ. İsmayıl daha sonra deyib: “Bu, çox böyük təhlükədir. O dərəcədə böyük təhlükədir ki, birbaşa Konstitusiyaya qarşı yönəlib. Ağzında əmzik olan körpələr qara çadraya bürünüb. Bunu qəbul edən kütlə sabah ölkədə şəriət cəmiyyətinin qurulmasını tələb edəcək. Şəriət dövlətinin qurulması konstitusion quruluşun dəyişməsi deməkdir. Yəni, İranda quruluş necədirsə, bizdə də o cür olacaq.
Dünən küçədə qarşılaşdığımız adam sabah əlində zəncir sinə vurursa, qan tökürsə, müəyyən kəlmələri deyirsə (nohə oxuyursa), bu, gec partlayan minaya bənzəyir. Amma bir gün sakit görünən bomba bir gün mütləq partlayacaq. Bu məsələ ilə bağlı təhlükəsizliyimiz yaxşı aparılmır. Əlbəttə, bunu doğuran səbəblər ədalətsizlikdir. Çünki belə hallar insanları çox vaxt dinə meyilləndirir. Dində isə bu cür insanları radikal cərəyanlara, terrora sürükləyirlər. Ona görə də ağzı əmzikli körpələrin qara çadraya bürünərək cəmiyyətə atılması mövcud təhlükənin şaxələnmiş formasıdır”.
Ekspert deyib: “Radikallığa qarşı isə Dövlət Təhlükəsizliyi Xidməti mübarizə aparmalıdır. Bütövlükdə isə dövlətin bununla bağlı fundamental siyasəti olmalıdır. Bu elə məsələdir ki, heç cür geri çəkilmək olmaz. Fikir vermisinizsə, dindarlar bir şey olmamış çarşabı ortaya atırlar. Haqsızlığa, ədalətsizliyə qarşı mübarizə yoxdur. Amma bir hadisə olan kimi “ölərik, çadranı əldən vermərik” deyirlər. Halbuki, çadra gerilikdən başqa bir şey deyil. Bu cür məsələlərə sıradan hal kimi yanaşmaq olmaz”.
Azərbaycanlı səlahiyyətlilərinin və “ekspertlərinin” açıqlamalarından bu nəticəyə gəlmək olar:
Birincisi; Hakimiyyət təlaş edir ki, bilərəkdən adi əhalinin dini etiqadını, məhərrəm ayının əzadarlıq mərasimlərində dinc və sivil iştirakını gerilik, radikallıq və terrorizm kimi tanıtsın. Ona görə də hökumət hiddətlə, cahillik və vəhşilik kimi təhqiramiz sözlərdən istifadə etməklə, əzadarlıq edənləri terrorçulara və İŞİD-ə bənzətməklə, hicablı qızları Suriyadakı kamikadzelərə oxşatmaqla Azərbaycan xalqını təhqir etməyi qarşısına məqsəd qoyub. Hökumət belə bir yanaşma seçməklə yaxın gələcəkdə özünün dindarlara qarşı mümkün bərk qarşılaşmasına bəhanə yaratmaq istəyir.
İkincisi; Azərbaycan hökumətinin Aşura mədəniyyətinin genişlənməsindən qorxu və narahatlığı aşkar hiss olunur. Ona görə də Aşura mərasimini “böyük təhlükə” adlandırır. Elə bu səbəbdən də dini etiqad və əsl kimliklə mübarizədə bacarıqsız olduğundan məhərrəm ayının mərasimlərində xalqın geniş iştirakını xarici amillərə bağlamağa təlaş edir. Bu məqsədlə ictimai rəyi yanıltmaq üçün Azərbaycanda qonşu ölkələrin (İran İslam Respublikasının) ideologiyasının yayılması mövzusuna təkid edir.
Üçüncüsü; Azərbaycan hökuməti islamçı hərəkatlar və dindarlarla mübarizə etmək üçün media təbliğatı və “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında” qanun layihəsinə dəyişiklik etməyi işə salaraq, xalq arasında qorxu və təhdid yaratmaq, onlara qarşı dərhal münasibət və əməli hərəkətlər edə bilmək şəraiti yaratdı. Övladlarını dini mərasimlərə aparan valideynləri qəyyumluq hüququndan məhrum etmək layihəsi bunu təsdiq edir.
Belə nəzərə gəlir ki, hakimiyyət bu istiqamətdə daha çox addımlar atacaq.
Lakin, Azərbaycan xalqı arasında dini etiqadlar, Aşura mədəniyyəti və şəhidlər sərvəri həzrət Əbu Abdullah Hüseynə (ə) sevgi o qədər dərin və köklüdür ki, hökumətin heç bir addımı onların qarşısında maneə yarada bilməyəcək. Ona görə də hökumət bu aşkar həqiqəti dərk etməli və qəbul etməlidir, öz xalqı ilə barışmalıdır.

1991-ci ildə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bu ölkənin şiələri hökumətin sekular olmasına, hakimiyyət tərəfindən ciddi və çoxlu məhdudiyyətlərə baxmayaraq, daima öz əsli kimliklərinə və dini dəyərlərə qayıtmaq yolunda addımlayıblar
Admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-08-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap