header

 Ayətullah Xamenei: İran xalqının əsas düşməni Amerikadır

"ABŞ dövlət başçısının alçaldıcı ifadələri Vaşinqtonun nəinki İran hökumətinə, hətta bütövlükdə İran xalqına qarşı düşmən olduğunu göstərir".

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün səhər  13 Aban – Dünya İmperializminə Qarşı Milli Mübarizə və Şagird Günü ərəfəsində minlərlə tələbə və şagirdlə görüşüb. 
 
Maide.Az “leader.ir” saytına istinadən xəbər verir ki, görüşdə çıxış edən Ayətullah Xamenei  gənc nəsli  cəmiyyətin qabaqcılı və proseslərə təsiredici gücə malik adlandırıb və deyib ki, gənc nəsil istedadlı və uğurlu nəsildir, heç şübhəsiz  əziz İranı  bütün maneələrdən və çətinliklərdən qurtararaq əlverişli zirvəyə qədər çatdıracaq.  “Əlbətdə bu parlaq məqsədə çatmaq üçün  İran xalqının əsas və xəbis  düşməni yəni Amerikanı tanımaq, elm öyrənmək və çalışmaq,  eləcədə Allahla əlaqəni gücləndirmək  lazımdır.”
 
Ayətullah Xamenei dünya hegemonlarının  İran xalqına qarşı düşmənçiliyinin indiyədək heç bir təsirinin olmadığını bildirib və deyib ki, Amerika sözün əsil mənasında əsas və pis düşməndir və bu həqiqət, təəssübkeşlik və bədbin baxışdan deyil, təcrübədən, hadisələrin düzgün öyrənilməsindən və meydandakı reallıqların müşahidəsindən əldə olunan nəticədir. 
 
Ayətullah Xamenei  ABŞ prezidentinin İran xalqını terrorçu adlandırmasını ağılsız davranış adlandırıb. “Bu ağılsız söz göstərir ki, amerikalılar sadəcə İran rəhbərliyi və dövləti ilə deyil, yorulmadan onların qarşısında müqavimət göstərən İran xalqının mövcudluğuna qarşı düşmənçilik edir və kin saxlayır.”
 
Ayətullah  Xamenei bir neçə il öncə bir amerika rəsmisinin "İran xalqının kökünü kəsməliyik" deməsini xatırladaraq qeyd edib ki, onlar belə bir zəngin tarixi və mədəni keçmişə malik olan bir xalqın kökünü kəsməyin mümkün olmaması reallığını dərk etməkdən acizdir. 
 
Ali Rəhbər  Amerikanın davamlı səhvlərə yol verməsinin səbəblərini açıqlayıb. “Amerikalılar əvvəlki nəticəsiz məkirli planlarını davam etdirirlər ona görə ki, düşmənçilik və kinləri, onları həqiqəti dərk etmək və düzgün qiymətləndirmə qabiliyyətindən məhrum edib.” 
 
Ayətullah Xamenei bildirib ki, Amerika qarşısında güzəştə getmək onları daha da həyasızlaşdırır bu səbəbdən yeganə çıxış yolu  mübarizə və müqavimətdir. 

Admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars

Starts: 11-02-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
SiteMap